Seçmək və seçilmək, seçkilərdə, referendumlarda iştirak etmək hüququnun dövlət hakimiyyəti orqanı, seçki komissiyası və vəzifəli şəxslər tərəfindən pozulduğunu hesab edən şəxsin ictimai birliyin bu Məcəllənin 4-cü fəslində və başqa qanunlara müəyyən edilmiş qaydada aidiyyəti üzrə məhkəməyə ərizə ilə müraciət etmək hüququ vardır.
291.2. Məhkəmə tərəfindən ərizəyə ərizəçinin, müvafiq seçki komissiyasının və ya dövlət hakimiyyəti orqanı nümayəndəsinin iştirakı ilə baxılır.Məhkəmə iclasının vaxtı və yeri haggında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslər məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur.
Maddə 292. Məhkəmənin qətnaməsi və onun icrası
292.1. Seçki hüququnun pozulduğunu müəyyən etmiş məhkəmə qətnaməsi seçici siyahısında düzəliş aparılması üçün, namizədin qeydə alınması üçün, yaxud ictimai birliyin seçkilərdə və ya referendumlarda iştirak edən təşkilatlar sırasına əlavə edilməsi üçün əsasdır.
292.2. Məhkəmənin qətnaməsi dərhal icra edilməlidir.
292.3. Qətnamə müvafiq dövlət hakimiyyəti orqanına və ya seçki komissiyasının sədrinə göndərilir.
292.4. Məhkəmənin qətnaməsinin icra edilməsinə təqsirkar olan vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyəti daşıyırlar.
292.5. Seçki hüququnun müdafiəsi ilə bağlı digər məsələlər həmin seçki hüququ haqqında Azərbaycan Respublikasının qanunvericiliyi əsasında həll edilə bilər. 16 iyun 2007-ci il tarixli 385-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 712) ilə 290-cı maddədə "Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinə" sözləri "apellyasiya instansiyası məhkəmələrinə" sözləri ilə əvəz edilmişdir.