Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi



Yüklə 1,58 Mb.
səhifə14/342
tarix02.01.2022
ölçüsü1,58 Mb.
#11968
1   ...   10   11   12   13   14   15   16   17   ...   342
Maddə 24. Xəbərdarlıq

Xəbərdarlıq inzibati tənbeh növü olmaqla hüquqazidd əməlin yolverilməzliyi barədə şəxslərə edilən rəsmi xəbərdaredici tədbirdir. Xəbərdarlıq yazılı formada edilir.



Maddə 25. İnzibati cərimə

25.1. İnzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul mabləğidir.



25.2. İnzibati cərimə manatla və ya aşağıdakı digər meyarlarla ifadə oluna bilər:

25.2.1. inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri;

25.2.2. inzibati xətanın başa çatdığı və ya onun qarşısının alındığı vaxt ödənilməli olan, lakin ödənilməmiş ödənişlərin, vergilərin məbləği.

25.3. İnzibati xətalara görə alınan cərimənin miqdarı üç manatdan az ola bilməz.



25.4. Manatla hesablanan və inzibati xətalara görə fiziki şəxslərdən alınan inzibati cərimənin miqdarı üç min manatdan, vəzifəli şəxslərdən alınan inzibati cərimənin miqdarı on min manatdan, hüquqi şəxslərdən alınan inzibati cərimənin miqdarı əlli min manatdan artıq ola bilməz.

25.5. İnzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ölçülən cərimənin miqdarı həmin predmetin dəyərinin yüz faizindən ödənilməmiş ödənişlərin, vergilərin məbləği ilə ölçülən cərimənin miqdarı isə həmin ödənişlərin, vergilərin yüz əlli faizindən artıq ola bilməz.

25.6. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, inzibati cərimə Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilir.(1, 101, 119, 148)


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   342




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin