Maddə 228. İstehlakçıların hüquqlarının pozulması
228.0. İstehlakçıların hüquqlarının pozulmasına, yəni:
228.0.1. məhsulun standartlaşdırılması və keyfiyyəti, ölçü vasitələrinin tədavülə buraxılması və saxlanması, onların işlədilməsi qaydalarının pozulmasına;
228.0.2. saxlama müddəti ötmüş məhsulların satılmasına;
228.0.3. standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə;
228.0.4. qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmadan malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə;
228.0.5. standartların, digər normativ sənədlərin tələblərinin pozulması nəticəsində insanların həyatı, sağlamlığı, əmlakı və ya ətraf mühit üçün təhlükəli məhsulun istehsalına və ya satılmasına, işin (xidmətin) görülməsinə;
228.0.6. qüvvədə olan standartların, digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların satılmasına;
228.0.7. lazımi xəbərdarlıq nişanı olmayan və ya təhlükəsiz istifadə qaydaları və şəraiti barədə məlumat vərəqəsi olmadan qanunvericiliklə müəyyən edilmiş təhlükəli malların satılmasına;
228.0.8. nəzarət olunmalı məhsulun müvafiq dövlət nəzarəti orqanlarından gizlədilməsinə;
228.0.9. sertifikatlaşdırılmış malların, işlərin (xidmətlərin) sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanların, sınaq laboratoriyalarının (mərkəzlərinin) dövlət reyestrinin aparılmamasına;
228.0.10. dövlət reyestrinə daxil edilməyən, dövlət sınaqlarından və ya metroloji attestasiyadan keçməyən, habelə yoxlanmayan ölçü vasitələrinin tədavülə buraxılmasına;
228.0.11. müəyyən edilmiş qaydada müvafiq icazə almadan mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlar tərəfindən ölçü vasitələrinin hazırlanmasına, təmirinə və yoxlanmasına, habelə yoxlama metodlarının və qaydalarının pozulmasına;
228.0.12. ölçü vasitələrinin işlədilməsi qaydalarının pozulmasına görə—
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər dörd min manatdan beş min manatadək miqdarda cərimə edilir. (1, 119, 140)
Dostları ilə paylaş: |