Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi



Yüklə 2,2 Mb.
səhifə133/255
tarix10.01.2022
ölçüsü2,2 Mb.
#108092
1   ...   129   130   131   132   133   134   135   136   ...   255
Maddə 257-1. Azərbaycan Respublikasının ərazisində yerləşən və ya mövcud olan sığorta predmeti ilə bağlı əmlak mənafelərinin xaricdə sığorta və təkrarsığorta etdirilməsi

Azərbaycan Respublikasının ərazisində yerləşən və ya mövcud olan sığorta predmeti ilə bağlı əmlak mənafelərinin fiziki və hüquqi şəxslər tərəfindən xarici sığortaçılarda sığorta etdirilməsinə, həmçinin belə risklərin qanunvericilikdə müəyyən edilməmiş qaydada sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerləri tərəfindən xaricdə təkrarsığorta etdirilməsinə görə—

    • fiziki şəxslər iyirmi manatdan otuz beş manatadək miqdarında, vəzifəli şəxslər əlli manatdan səksən manatadək miqdarında, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək miqdarında cərimə edilir. (5, 8, 116, 119)

Maddə 257-2. Məcburi dövlət sosial sığortası qaydalarının pozulması

Məcburi dövlət sosial sığortası qaydalarının mütəmadi olaraq pozulmasına görə -

    • fiziki şəxslər iyirmi manat miqdarında, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda cərimə edilir. (7, 67, 119)

257-3. Sərnişinlərin icbari sığortası haqqında qanunvericiliyin pozulması

Nəqliyyat vasitələrinin mülkiyyətçisi (istifadəçisi) tərəfindən sərnişinlərin icbari sığortası haqqında müqavilə bağlamadan hava, dəmir yolu, dəniz və avtomobil (avtobus ilə şəhərlərarası daşımalar) sərnişin daşımaları üzrə fəaliyyətin göstərilməsinə görə -

  • fiziki şəxslər on manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin səksən mislindən yüz mislinədək miqdarda cərimə edilir.

Qeyd: Bu maddənin məqsədləri üçün «fiziki və hüquqi şəxslər» dedikdə, sığorta etdirən (daşıyıcı) başa düşülür. (40, 116)


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   255




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin