Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi



Yüklə 2,2 Mb.
səhifə141/255
tarix10.01.2022
ölçüsü2,2 Mb.
#108092
1   ...   137   138   139   140   141   142   143   144   ...   255
Maddə 300. Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması

300.0. Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulmasına, yəni:

300.0.1. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmadan vətəndaşların dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsinə, din xadimlərinin mübadiləsinə;

300.0.2. islam dininə aid ayin və mərasimlərin Azərbaycan Respublikasından kənarda dini təhsil almış vətəndaşlar tərəfindən həyata keçirilməsinə;

300.0.3. qanunla müəyyən edilmiş qaydada satışına razılıq verilmiş dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılan ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılmasına;

300.0.4. əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğatın aparılmasına görə —

    • inzibati xətanın bilavasitə obyekti olmuş ədəbiyyat nümunələri, əşyalar və materiallar müsadirə edilməklə vətəndaşlar iki min manatdan iki min beş yüz manatadək miqdarda, vəzifəli şəxslər səkkiz min manatdan doqquz min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda cərimə edilməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. (1, 119, 141, 172,190)

Qeyd: Bu Məcəllənin 300.0.4-cü maddəsində nəzərdə tutulmuş əməl qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını yaymaqla (satmaqla) törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.(190)

Maddə 301. Fövqəladə vəziyyət rejimi tələblərinin pozulması

301.0. Fövqəladə vəziyyət rejimi tələblərinin pozulmasına, yəni:

301.0.1. fövqəladə vəziyyət rejimi tətbiq edildiyi əraziyə gediş-gəlişin xüsusi rejiminin və bu ərazidə hərəkət sərbəstliyinin məhdudlaşdırılmasının pozulmasına;

301.0.2. yığıncaqlar, mitinqlər, küçə yürüşləri, piketlər və nümayişlər və digər kütləvi tədbirlər keçirilməsinin, müəssisə və təşkilatların fəaliyyətinin tətil və ya başqa üsullarla dayandırılmasının qadağan edilməsinin pozulmasına;

301.0.3. nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasının pozulmasına və onların yoxlanmasına maneçilik törədilməsinə;

301.0.4. xüsusi verilmiş icazə vərəqələri və şəxsiyyəti təsdiq edən sənədlər olmadan qadağan saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olmağın qadağan edilməsinin pozulmasına;

301.0.5. mətbuatın və digər kütləvi informasiya vasitələrinin azadlığının məhdudlaşdırılmasına, səs ucaldan texniki vasitələrin və surətçıxarma aparatlarının müvəqqəti alınmasına maneçilik törədilməsinə, jurnalistlərin akkreditə olunmasının xüsusi qaydasının pozulmasına;

301.0.6. fiziki şəxslərin toplaşdığı yerlərdə sənədlərin yoxlanmasına, müstəsna hallarda isə, fiziki şəxslərə silah olması barədə məlumat olduqda, şəxsi yoxlama aparılmasına, şəxsi əşyaların, nəqliyyat vasitələrinin və mənzillərinin yoxlanmasına maneçilik törədilməsinə;

301.0.7. silah, zəhərləyici və ya partlayıcı maddələr, döyüş sursatı, xüsusi vasitələr, narkotik vasitələr, psixotrop maddələr və onların analoqları və ya tərkibində güclü təsirə malik maddələr olan dərman preparatları, etil spirti, spirtli içkilər və tərkibində spirt olan məmulatların gəzdirilməsinin, əldə edilməsinin və satılmasının məhdudlaşdırılmasının və ya qadağan edilməsinin pozulmasina;

301.0.8. müstəsna hallarda fiziki şəxslərdan odlu və soyuq silahın, döyüş sursatının, zəhərləyici və partlayıcı maddələrin, müəssisələrdən, idarələrdən və təşkilatlardan isə həmçinin təlim hərbi texnikasının və radioaktiv maddələrin müvəqqəti alınmasına maneçilik törədilməsinə;

301.0.9. karantin tələblərinin, sanitariya-antiepidemiya, baytarlıq və bu kimi digər tədbirlərin, habelə qanunvericiliklə nəzərdə tutulmuş mülki müdafiə tədbirlərinin pozulmasına;

301.0.10. müstəsna hallarda, təxirəsalınmaz qəzaxilasetmə işləri aparmaq üçün əmək təhlükəsizliyini hökmən təmin etmək şərtilə, əmək qabiliyyətli əhalinin və fiziki şəxslərin nəqliyyat vasitələrinin səfərbərliyə alınmasına maneçilik törədilməsinə;

301.0.11. rabitədən istifadə üçün qoyulmuş xüsusi qaydaların pozulmasına görə;

301.0.12. ayrı-ayrı maliyyə-iqtisadi fəaliyyət növlərinin həyata keçirilməsinə, o cümlədən malların, xidmətlərin və maliyyə vəsaitlərinin yerdəyişməsinə qoyulmuş məhdudiyyətlərin pozulmasına;


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   255




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin