Maddə 340-1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması
İşəgötürən tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə —
vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər otuz min manatdan otuz beş min manatadək miqdarda cərimə edilir. (185)
Maddə 341. Dövlət təltifləri barəsində qanunsuz hərəkətlər
Ordenin, medalın, fəxri ad döş nişanının və ya planka üzərində orden və medal lentlərinin buna hüququ olmayan şəxs tərəfindən istifadə edilməsinə, yaxud ordenin, medalın, fəxri ad döş nişanının qanunsuz saxlanmasına görə—
xəbərdarlıq edilir və ya səkkiz manatdan on manatadək miqdarda cərimə edilir. (1, 119)
Dostları ilə paylaş: |