Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi


Maddə 341-1. Azərbaycan Respublikası Dövlət bayrağının qanunvericiliyin tələblərinə zidd istifadəsi



Yüklə 2,2 Mb.
səhifə165/255
tarix10.01.2022
ölçüsü2,2 Mb.
#108092
1   ...   161   162   163   164   165   166   167   168   ...   255
Maddə 341-1. Azərbaycan Respublikası Dövlət bayrağının qanunvericiliyin tələblərinə zidd istifadəsi

Azərbaycan Respublikası Dövlət bayrağının qanunvericiliyin tələblərinə zidd istifadəsinə görə—

  • vəzifəli şəxslər otuz manatdan qırx manatadək miqdarda, hüquqi şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir. (50, 119)

Maddə 341-2. Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydalarının pozulması

Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının qaldırılması və ya yerləşdirilməsinə görə —

    • fiziki şəxslər on manatdan otuz manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan qırx manatadək miqdarda, hüquqi şəxslər yetmiş manatdan yüz manatadək miqdarda cərimə edilir. (130)

Maddə 342. Qızıl Xaç və Qızıl Aypara emblemlərindən, onların adlarından və fərqləndirici siqnallarından qanunsuz istifadə edilməsi

Hüquqi şəxslərin adlarında, əmtəə nişanlarında Qızıl Xaç və Qızıl Aypara emblemlərindən və onların adlarından istifadə edilməsi, dinc dövrdə Qızıl Xaç və Qızıl Aypara emblemlərindən müdafiə nişanı və ya fərqləndirici nişan qismində, fərqləndirici siqnallardan, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının prinsipləri ilə bir araya sığmayan məqsədlər üçün Qızıl Xaç və Qızıl Aypara emblemlərindən və onların adlarından, müdafiə nişanı qismində istifadə edilən Qızıl Xaç və Qızıl Aypara emblemləri kimi qəbul edilə biləcək hər hansı oxşar nişanlardan istifadə edilməsi

  • fiziki şəxslər beş manatdan on manatadək miqdarda, vəzifəli şəxslər otuz beş manatdan əlli beş manatadək miqdarda, hüquqi şəxslər yüz iyirmi manatdan yüz əlli manatadək miqdarda cərimə edilir. (1, 13, 107, 119)

Maddə 342-1. Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında qanunvericiliyin pozulması

Ərazi vahidlərinin və inzibati ərazi dairələrinin adlarının və sərhədlərinin özbaşına dəyişdirilməsinə və ya onların adlarının təhrif edilmiş formalarından istifadə edilməsinə görə —

    • fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz beş manatdan əlli beş manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz otuz manatadək miqdarda cərimə edilir. (11, 119)

Maddə 343. Cəzaçəkmə müəssisələrində, tərbiyə müəssisələrində və istintaq təcridxanalarında saxlanan şəxslərə qadağan edilmiş əşya və malların verilməsi

Alkoqollu içkilərin, güclü təsir göstərən maddələrin, pulun verilməsinə və ya əşya və malların cəzaçəkmə müəssisələrində, tərbiyə müəssisələrində və istintaq təcridxanalarında saxlanan şəxslərə yoxlamadan gizlətməklə hər hansı üsulla verilməsinə və ya verməyə cəhd etməyə görə—

  • inzibati xətanın törədilməsində bilavasitə obyekt olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə şərti maliyyə vahidinin otuz beş mislindən qırx mislinədək miqdarda cərimə edilir. (1, 112)

Maddə 344. Mülki silahı qeydiyyata aldırma (yenidən qeydiyyata aldırma) qaydalarının pozulması

Mülki silahı qeydiyyata aldırma (yenidən qeydiyyata aldırması) üçün müəyyən olunmuş qaydaların pozulmasına görə—



  • xəbərdarlıq edilir və ya on manatdan iyirmi manatadək miqdarda cərimə edilir. (1, 119)

Maddə 345. Müəssisələrin, idarələrin və təşkilatların işçiləri tərəfindən xidmati silahın saxlanması, daşınması və ya təyinatı üzrə istifadə edilməsi qaydalarının pozulması

Müəssisə, idarə və təşkilatların xidməti silahı və döyüş sursatını daşımaq və saxlamaq üçün məsul olan işçilərinin bunların saxlanması, daşınması və ya təyinatı üzrə istifadə edilməsi qaydalarını pozmağa görə—



Maddə 346. Mülki silahın və döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulması

346.1. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə—

  • silah və döyüş sursatı ödənişlə alınmaqla və ya alınmamaqla iyirmi beş manatdan otuz beş manatadək miqdarda cərimə edilir.

346.2. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə—

  • silah və döyüş sursatı ödənişlə alınmaqla və ya müsadirə edilməklə otuz manatdan qırx manatadək miqdarda cərimə edilir. (1, 8, 52, 119)

Maddə 347. Mülki silahın və döyüş sursatının istehsalı, gətirilməsi, aparılması, idxalı, ixracı, kolleksiya edilməsi, sərgisinin keçirilməsi, göndərilməsi, istifadə edilməsi, götürülməsi və ya məhv edilməsi qaydalarının pozulması

Mülki silahın istehsalının, gətirilməsinin, aparılmasının, idxalının, ixracının, kolleksiya edilməsinin, sərgisinin keçirilməsinin, göndərilməsinin, istifadə edilməsinin, götürülməsinin və ya məhv edilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydalarının pozulmasına görə—



Maddə 348. Möhürün (plombun) qəsdən zədələnməsi və ya qırılması

Bu Məcəllənin 132.1, 139.2 və 147.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna edilməklə, səlahiyyətli vəzifəli şəxs tərəfindən vurulmuş möhürün (plombun) qəsdən zədələnməsinə və ya qırılmasına görə—



  • on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir. (1, 119)


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   255




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin