Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi


Maddə 348-2. Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında qanunvericiliyin pozulması



Yüklə 2,2 Mb.
səhifə167/255
tarix10.01.2022
ölçüsü2,2 Mb.
#108092
1   ...   163   164   165   166   167   168   169   170   ...   255
Maddə 348-2. Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında qanunvericiliyin pozulması

348-2.0. Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında qanunvericiliyin pozulmasına, yəni:

348-2.0.1. özəl mühafizə müəssisəsinə və ya hüquqi şəxsin mühafizə bölməsinə mühafizəçi vəzifəsinə işə qəbul edilən namizəd barədə işəgötürən tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə;

348-2.0.2. mühafizəçi tərəfindən fiziki qüvvə və ya xüsusi vasitənin tətbiq edildiyi hər bir halda bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanına və prokurorluq orqanlarına məlumat verilməməsinə;

348-2.0.3. mühafizəçi tərəfindən xüsusi vasitə və ya mühafizəçi vəsiqəsi itirildikdə bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə;

348-2.0.4. özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən xidməti istifadə üçün verilmiş xüsusi vasitələri mühafizə olunan obyektin hüdudlarından kənara çıxarılmasına və ya istifadə üçün kənar şəxslərə verilməsinə;

348-2.0.5. mühafizəçinin geyim formasını mühafizə olunan obyektin hüdudlarından kənarda daşınmasına;

348-2.0.6. özəl mühafizə fəaliyyətini həyata keçirən şəxs tərəfindən mühafizə olunan obyektlərdə hüquqi şəxsin müvafiq vəzifəli şəxslərinin, habelə mühafizə olunan obyektlərin mülkiyyətçiləri və ya qanuni sahiblərinin yazılı icazəsi olmadan video və audioyazı, foto və kino çəkilişin aparılmasına görə—

  • fiziki şəxslər iyirmi beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilir. (106, 119)

Maddə 348-3. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması

348-3.0. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni:

348-3.0.1. monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən müştərinin, onun nümayəndəsinin və ya benefisiarın eyniləşdirilməsi, verifikasiyası və məlumatın sənədləşdirilməsi ilə bağlı tələblərə riayət olunmamasına;

348-3.0.2. monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən eyniləşdirmə sənədlərinin və pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair sənədlərin saxlanması ilə bağlı vəzifələrin yerinə yetirilməməsinə;

348-3.0.3. hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən daxili nəzarət sisteminin tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə;

348-3.0.4. monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən nəzarət orqanlarının və ya maliyyə monitorinqi orqanının qanunla müəyyən edilmiş hallarda və qaydada verdikləri yazılı göstərişlərinin vaxtında və ya tam icra edilməməsinə;

348-3.0.5. monitorinq iştirakçıları və ya monitorinqdə iştirak edən digər şəxslər tərəfindən məlumatların təqdim edilməsinə və əməliyyatların icra edilməməsinə dair qanunla müəyyən edilmiş tələblərin pozulmasına görə—

    • vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək miqdarda cərimə edilir. (144)

Maddə 348-4. Ali və orta ixtisas təhsili müəssisələrinin «Tələbə-məzun» dövlət elektron məlumat sisteminə qoşulmaması və ya məlumatların həmin sistemə vaxtında, tam və ya düzgün daxil edilməməsi

Ali və orta ixtisas təhsili müəssisələrinin «Tələbə-məzun» dövlət elektron məlumat sisteminə qoşulmamasına və ya məlumatların həmin sistemə vaxtında, tam və ya düzgün daxil edilməməsinə görə —

    • vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək miqdarda cərimə edilir. (167)


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   255




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin