İyirmi beşinci fəsil. Əsas qaydalar
Maddə 357. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər)
357.0. İnzibati xətalar haqqında işlərə:
357.0.1. rayon (şəhər) məhkəmələri;
357.0.2. yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar, seçki komissiyaları (kollegial orqan);
357.0.3. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bankı, Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti (vəzifəli şəxslər) baxırlar.(24, 15, 148, 157, 170)
Maddə 358. Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyala
Bu Məcəllənin 51, 297 və 307-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxan yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların (kollegial orqanın) yaradılması və fəaliyyət qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. (23)
Maddə 358-1. Seçki komissiyaları
358-1.1. Məntəqə və dairə seçki komissiyalarının, Mərkəzi Seçki Komissiyasının fəaliyyət qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur.
358-1.2. Seçki komissiyaları bu Məcəllənin 39-48-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə həmin xətalar Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 116-cı maddəsində göstərilmiş şəxslər tərəfindən törədildiyi hallarda baxır. (24, 148)
Dostları ilə paylaş: |