Maddə 364. İnzibati xətalar haqqında işlərə açıq baxılması
364.1. Dövlət, qulluq, kommersiya sirrlərinin və qanunvericiliklə qorunan digər sirrlərin yayılmasına gətirib çıxara bilən hallar istisna olmaqla, inzibati xətalar haqqında işlərə açıq baxılır.
364.2. İnzibati xətalar haqqında işlərin qapalı baxılmasına zərurət olduğu halda bu barədə qərardad qəbul edilir.
Maddə 365. İnzibati xəta haqqında iş üzrə məlumatların yayılmasının yolverilməzliyi
İnzibati xəta haqqında iş üzrə məlumatlar yalnız icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin), belə məlumatlar zərərçəkmiş şəxsin şəxsi maraqlarına toxunduqda isə, habelə zərərçəkmiş şəxsin icazəsi ilə və onların mümkün hesab etdiyi həcmdə elan oluna bilər.
Dostları ilə paylaş: |