Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi


Maddə 399. İnzibati qaydada tutma müddətləri



Yüklə 2,2 Mb.
səhifə206/255
tarix10.01.2022
ölçüsü2,2 Mb.
#108092
1   ...   202   203   204   205   206   207   208   209   ...   255
Maddə 399. İnzibati qaydada tutma müddətləri

399.1. İnzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulması bu Məcəllənin 399.2-ci, 399.2-1-ci və 399.3-cü maddələri istisna olunmaqla üç saatdan çox ola bilməz.

399.2. Sərhəd rejimini, sərhədboyu (sərhədboyu zolaq) rejimini və ya Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejimi pozduğuna, avaralıqla məşğul olduğuna, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qeydiyyatsız yaşamaları və ya qanunsuz qalmalarına, habelə ölkədə olma qaydalarını pozmalarına görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən törədildiyi xətanın hallarını, habelə onun şəxsiyyətini müəyyən etmək üçün inzibati qaydada tutma 24 saatadək müddətə və ya inzibati xəta törədənin şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda, hakimin qərarı ilə üç günədək müddətə tutula bilər.

399.2-1. fövqəladə vəziyyət elan olunmuş ərazidə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xüsusi verilmiş icazə vərəqələri olmadan komendant saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olduqda — komendant saatı bitənədək və ya onun üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olduqda — tutulanın şəxsiyyəti müəyyən edilənədək müddətə inzibati qaydada tutula bilər.

399.3. Barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək müddətə inzibati qaydada tutula bilər.

399.4. İnzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə, ayıldığı vaxtdan hesablanır.

399.5. Fövqəladə vəziyyət rejiminin müddəti bitdikdə, bu rejimin tələblərinin pozulması ilə əlaqədar inzibati qaydada tutulan şəxslər dərhal azad olunurlar.

399.6. İnzibati qaydada tutma barədə qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edilə bilər. (55, 97, 126, 151)


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   255




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin