Maddə 412. İnzibati xəta haqqında protokolun tərtib edilmədiyi hallar
412.1. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar istisna olmaqla, törədilmiş inzibati xətaya görə inzibati tənbeh növü kimi xəbərdarlıq tətbiq edildikdə və ya inzibati cərimənin miqdarı iyirmi manatdan artıq olmadıqda, inzibati xəta haqqında protokol tərtib edilmir. Belə hallarda səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta törədilən yerdə inzibati cərimə alınır və ya xəbərdarlıq rəsmiləşdirilir.
412.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə və ya tətbiq edilən tənbeh növü ilə razılaşmadıqda, yaxud inzibati xəta törədilən yerdə inzibati cəriməni ödəməkdən imtina etdikdə inzibati xəta haqqında protokol tərtib edilir. (102, 119, 183)
Dostları ilə paylaş: |