Maddə 445. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının dayandırılması
445.1. Qərardan şikayət və ya protest verildikdə, inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin qərarın icrasını şikayətə və ya protestə baxılanadək dayandırır. İcranın dayandırılması barədə qərardad qəbul edilir və zəruri olduqda, qərardad dərhal onu icraya yönəldən orqana (vəzifəli şəxsə) göndərilir.
445.2. İnzibati həbs növündə tənbeh tətbiq etmə haqqında qərardan şikayət və ya protest verilməsi həmin qərarın icrasının dayandırılmasına səbəb olmur. (102)
Dostları ilə paylaş: |