Maddə 452. İnzibati xətanın törədildiyi yerdə tutulan inzibati cərimə tətbiq etmə haqqında qərarın icrası
452.1. İnzibati xətanın törədildiyi yerdə inzibati cərimə tutulduqda fiziki şəxsə müəyyən edilmiş nümunədə qəbz verilir.
452.2. Qəbzdə aşağıdakılar göstərilir:
452.2.1. verilmə tarixi;
452.2.2. inzibati cərimə tətbiq edən vəzifəli şəxsin soyadı, adı, atasının adı;
452.2.3. inzibati məsuliyyətə cəlb edilən şəxs barədə məlumatlar;
452.2.4. inzibati xətaya görə inzibati məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi;
452.2.5. inzibati xətanın törədildiyi yer və vaxt;
452.2.6. inzibati cərimənin miqdarı.
452.3. Qəbz iki nüsxədan ibarət tərtib edilir və o, inzibati cəriməni tətbiq edən vəzifəli şəxs və inzibati məsuliyyətə cəlb edilən şəxs tərəfindən imzalanır.
452.4. İnzibati cərimə inzibati xəta törədilən yerdə ödənilmədiyi halda inzibati xəta haqqında iş üzrə icraat bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Dostları ilə paylaş: |