Maddə 458. İnzibati həbs haqqında qərarın icrası
458.1. Hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra o, dərhal icra edilir.
458.2. Barəsində inzibati həbs tətbiq edilmiş şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdikləri yerlərdə mühafizə altında saxlanılır. İnzibati həbs haqqında qərar icra olunarkən, həbs edilənlər şəxsi axtarışdan keçirilir.
458.3. İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir.
458.4. İnzibati həbs Azarbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydalar üzrə çəkilir.
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (2000-ci il № 8, kitab 1, maddə 584).
Dostları ilə paylaş: |