Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi


Maddə 41. Namizəd haqqında bilərəkdən yalan məlumatlar yayma



Yüklə 2,2 Mb.
səhifə26/255
tarix10.01.2022
ölçüsü2,2 Mb.
#108092
1   ...   22   23   24   25   26   27   28   29   ...   255
Maddə 41. Namizəd haqqında bilərəkdən yalan məlumatlar yayma

Seçkinin nəticəsinə təsir göstərmək məqsədilə deputatlığa və ya seçkili orqana (vəzifəyə) namizəd haqqında bilərəkdən yalan məlumatlar dərc etməyə və ya onları başqa üsullarla yaymağa görə—



Maddə 42. Seçki komissiyası (referendumun keçirilməsi üzrə komissiya) üzvünün, müşahidəçilərin, vəkil edilmiş şəxslərin, namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin, kütləvi-informasiya vasitələri nümayəndələrinin hüquqlarının pozulması

Seçki komissiyası (referendumun keçirilməsi üzrə komissiya) üzvünün, müşahidəçilərin, vəkil edilmiş şəxslərin, namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin, kütləvi-informasiya vasitələri nümayəndələrinin qanunvericiliklə müəyyən edilmiş hüquqlarını, o cümlədən seçki sənədlərinin surətlərinin və məlumatların vaxtında alınması və seçki sənədlərinin təsdiqi ilə bağlı hüquqları pozmağa—



  • otuz beş manatdan altmış beş manatadək miqdarda cərimə edilir.(24, 119)

Maddə 42-1. Seçki (referendum) məqsədləri üçün vəzifə mövqeyindən və ya xidməti mövqedən üstünlük əldə etmək üçün sui-istifadə olunması

Seçki (referendum) məqsədləri üçün vəzifə mövqeyindən və ya xidməti mövqedən üstünlük əldə etmək üçün sui-istifadə olunmasına görə -

  • vəzifəli şəxslər xəbərdarlıq edilir və ya on manatdan iyirmi manatadək miqdarda cərimə edilir. (33, 119, 121)


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   255




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin