Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi


Maddə 42-2. Seçicilər haqqında məlumatların düzgün, tam və vaxtında verilməməsi



Yüklə 2,2 Mb.
səhifə27/255
tarix10.01.2022
ölçüsü2,2 Mb.
#108092
1   ...   23   24   25   26   27   28   29   30   ...   255
Maddə 42-2. Seçicilər haqqında məlumatların düzgün, tam və vaxtında verilməməsi

Seçicilər haqqında məlumatları təqdim edən müvafiq icra orqanı tərəfindən həmin məlumatların düzgün, tam və vaxtında verilməməsinə görə -

  • müvafiq icra orqanının rəhbəri xəbərdarlıq edilir və ya on manatdan iyirmi manatadək miqdarda cərimə edilir. (33, 119)

Maddə-42-3. Seçki bülletenlərinin, səsvermə protokollarının və vəsiqələrinin verilməsi və saxlanması qaydalarının pozulması

Seçki komissiyalarının sədrləri tərəfindən seçki bülletenlərinin, səsvermə protokollarının və vəsiqələrinin verilməsi və saxlanması qaydalarının pozulmasına görə -

  • xəbərdarlıq edilir və ya on manatdan iyirmi manatadək miqdarda cərimə edilir. (33, 119)

Maddə-42-4. Dövlət avtomatlaşdırılmış informasiya sistemindən istifadə qaydasının pozulması

Səsvermə başlandıqdan sonra seçkilərin yekunları və səsvermənin nəticələri barədə protokollar imzalananadək yuxarı seçki komissiyalarının informasiya xidmətlərindən aşağı seçki komissiyalarının informasiya xidmətlərinə məlumatların qəbulunu təsdiq edən siqnallardan başqa hər hansı məlumatın verilməsinə görə -

  • fiziki şəxslər iyirmi manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda cərimə edilir. (33, 119)

Maddə 43. Seçki (referendum) ilə əlaqədar hədə-qorxu və ya zorakalığa çağıran çıxışlar edilməsi ya bu cür materialların yayılması

Seçki (referendum) ilə əlaqədar hədə-qorxu və ya zorakalığa çağıran çıxışlar edilməsi ya bu cür materialların yayılmasına görə—

  • otuz beş manatdan altmış beş manatadək miqdarda cərimə edilir. (24, 119)


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   255




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin