Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi


Maddə 49-1. Təhsil haqqında qanunvericiliyin pozulması



Yüklə 2,2 Mb.
səhifə33/255
tarix10.01.2022
ölçüsü2,2 Mb.
#108092
1   ...   29   30   31   32   33   34   35   36   ...   255
Maddə 49-1. Təhsil haqqında qanunvericiliyin pozulması

49-1.0. Təhsil haqqında qanunvericiliyin pozulmasına, yəni:

49-1.0.1. təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə;

49-1.0.2. təhsil müəssisəsində təhsilalana qarşı cinayət əlamətləri olmayan fiziki və (və ya) psixoloji zorakılığa yol verilməsinə;

49-1.0.3. qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, təhsilalanların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə;

49-1.0.4. dövlət təhsil və elmi-tədqiqat qrantlarının təhsil müəssisəsinin həmin qrantların verilmə məqsədlərinə uyğun gəlməyən fəaliyyət sahələrinin maliyyələşdirilməsinə yönəldilməsinə görə —

    • fiziki şəxslər yüz manat miqdarında, vəzifəli şəxslər üç yüz manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə edilir. (173)


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   255




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin