Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi


Maddə 50. Müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması



Yüklə 2,2 Mb.
səhifə35/255
tarix10.01.2022
ölçüsü2,2 Mb.
#108092
1   ...   31   32   33   34   35   36   37   38   ...   255
Maddə 50. Müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması

Müəlliflik hüququnu və əlaqəli hüquqları pozmağa görə, bu, az miqdarda ziyan vurduqda —



  • pirat nüsxələr, həmçinin pirat nüsxələrin surətinin çıxarılması (istehsalı) üçün istifadə edilmiş material və avadanlıqlar müsadirə edilməklə on beş manatdan qırx manatadək miqdarda cərimə edilir.

Qeyd: Bu Məcəllənin 50, 50-1, 50-2-ci və 50-3-cü maddələrində «az miqdarda ziyan vurduqda» dedikdə, min manatadək olan məbləğ olan miqdarı başa düşülür. (1, 27, 35, 54, 119, 132)

Maddə 50-1. İnteqral sxem topologiyasından istifadəyə müstəsna hüququn pozulması

Müəllifin və ya digər hüquq sahibinin icazəsi olmadan inteqral sxem topologiyasının orijinal olmayan hissəsinin çıxarılması istisna olmaqla, bütövlükdə, yaxud onun hər hansı bir hissəsinin inteqral sxemə daxil edilməsi yolu ilə və ya sürətinin başqa şəkildə çıxarılması, habelə topologiyanın və ya həmin topologiyadan ibarət inteqral sxemin tətbiq edilməsi, gətirilməsi, satış üçün təklif edilməsi, satılması, yaxud başqa formada təsərrüfat dövriyyəsinə daxil edilməsinə görə, bu, az miqdarda ziyan vurduqda—

    • iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir. (1, 27, 119)


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   255




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin