Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi


Maddə 52. Valideynlərə kömək göstərməkdən qəsdən boyun qaçırma



Yüklə 2,2 Mb.
səhifə38/255
tarix10.01.2022
ölçüsü2,2 Mb.
#108092
1   ...   34   35   36   37   38   39   40   41   ...   255
Maddə 52. Valideynlərə kömək göstərməkdən qəsdən boyun qaçırma

Yetkinlik yaşına çatmış şəxslərin əmək qabiliyyəti olmayan valideynlərini saxlamaqdan və onlara baxmaqdan qəsdən boyun qaçırmasına görə—



  • xəbərdarlıq edilir və ya otuz manatdan qırx manatadək miqdarda cərimə edilir. (1, 119)

Maddə 52-1. Əmək pensiyaları haqqında qanunvericiliyin pozulması

52-1.1. Əmək pensiyasını təyin edən orqan tərəfindən əmək pensiyasının ödənilməsi barədə qərarın qanunvericiliklə müəyyən edilmiş müddətdə qəbul edilməməsinə, əmək pensiyasının təyin olunmasından imtina edilməsi barədə qərarda pensiya təyin olunmasından imtinanın səbəblərinin göstərilməməsinə və əmək pensiyasının təyin olunmasından imtina edilməsi barədə qərarın qanunvericiliklə müəyyən olunmuş müddətdə müraciət edənə göndərilməməsinə görə—

  • vəzifəli şəxslər otuz beş manatdan səksən manatadək miqdarda cərimə edilir.

52-1.2. Əmək pensiyaçısı və işəgötürən tərəfindən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb olan hallar barədə məlumatın əmək pensiyasını təyin edən orqana verilməməsinə görə—

  • otuz manatdan qırx manatadək miqdarda cərimə edilir. (89, 119)

Maddə 53. Əmək qanunvericiliyinin pozulması

53.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini (kontraktı) bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxsin hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsinə görə—

    • vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir.

53.2. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrin, idarələrin və ya təşkilatların işəgötürənləri tərəfindən işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarının pozulmasına görə—

    • yeddi yüz manatdan min iki yüz manatadək miqdarda cərimə edilir.

53.3 İşçiyə qanunvericiliklə müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə—

    • vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda cərimə edilir.

53.4. İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə—

    • vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək miqdarda cərimə edilir.

53.5. İşçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə—

    • vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.

53.6. İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə—

    • vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.

53.7. İşəgötürən tərəfindən əmək qanunvericiliyində müəyyən edilmiş müddətdə işçiyə əmək kitabçasının açılmamasına görə—

    • vəzifəli şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir.

53.8. İşəgötürən tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə—

    • otuz min manatdan otuz beş min manatadək miqdarda cərimə edilir.

53.9. İşəgötürən tərəfindən 15 yaşına çatmamış şəxslərin işə cəlb edilməsinə görə —

53.10. İşəgötürən tərəfindən uşaqların onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinə görə —

    • vəzifəli şəxslər üç min manatdan dörd min manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on üç min manatadək miqdarda cərimə edilir.

53.11. İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxsləri, işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla, insanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə işə qəbul etməkdən, işdə irəli çəkməkdən imtina edilməsinə və ya həmin səbəbdən onların işdən azad edilməsinə görə

    • vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir. (1, 44, 45, 59, 80, 109, 119, 156, 174, 182, 185)


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   255




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin