Maddə 101-1. Su təchizatı sahəsində qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən maneələr törədilməsi
Su təchizatı müəssisəsinin səlahiyyətli şəxsi tərəfindən su qanunvericiliyinin tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə səlahiyyətləri çərçivəsində tədbirlərin həyata keçirilməsinə, yaxud həmin şəxsin qanuni tələblərinin yerinə yetirilməsinə istehlakçı tərəfindən maneələr törədilməsinə görə —
fiziki şəxslər iyirmi manat miqdarında, vəzifəli şəxslər əlli manat miqdarında, hüquqi şəxslər yüz manat miqdarında cərimə edilir. (159)