Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi



Yüklə 2,2 Mb.
səhifə73/255
tarix10.01.2022
ölçüsü2,2 Mb.
#108092
1   ...   69   70   71   72   73   74   75   76   ...   255
on manatdan on beş manatadək miqdarda cərimə edilir. (1, 119)

Maddə 138. Dəmir yolu nəqliyyatında təhlükəli maddələr və predmetlər aparma qaydalarının pozulması

Dəmir yolu nəqliyyatında təhlükəli maddələrin və predmetlərin əl yükündə aparılması qaydalarının pozulmasına görə—



  • xəbərdarlıq edilir və ya on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir.(1, 119)

Maddə 139. Dəmir yolu nəqliyyatında yüklərin qorunması qaydalarının pozulması

139.1. Yükdaşıma üçün nəzərdə tutulmuş dəmir yolu nəqliyyatı vasitələrinin, konteynerlərin, habelə daşıma mexanizmlərinin zədələnməsinə görə—



  • on manatdan otuz manatadək miqdarda cərimə edilir.

139.2. Yük vaqonlarının, konteynerlərin zədələnməsinə, plomblarının və kilidlərinin zədələnməsinə, plomblarının qırılmasına, ayrı-ayrı yükləri və onların qutularını, paketlərini, yük həyətlərinin, dəmir yolu stansiyalarının, konteyner məntəqələrinin (meydançalarının) və yük daşımaları ilə əlaqədar işlər üçün istifadə edilən anbarların hasarlarını zədələməyə görə—

  • on beş manatdan qırx manatadək miqdarda cərimə edilir. (1, 119)

Maddə 140. Dəmir yol nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsi

Dəmir yol nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə—



  • xəbərdarlıq edilir və ya beş manatdan on beş manatadək miqdarda cərimə edilir. (1, 119)

Maddə 141. Dəniz və çay nəqliyyatında hərəkətin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması

141.1. Dəniz və çay nəqliyyatında gəmilərin limana daxil olmasının və limandan çıxmasının, liman sularında gəmilərin hərəkəti və dayanması qaydalarının pozulmasına görə—



  • fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan əlli beş manatadək miqdarda cərimə edilir.

141.2. Lazımi icazə olmadan liman sularında dalğıclıq işləri görülməsinə və ya bu işlər zamanı siqnal vermə qaydalarına əməl edilməməsinə görə—

  • fiziki şəxslər on beş manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər qırx beş manatdan yetmiş manatadək miqdarda cərimə edilir.

141.3. Gəminin suyaoturumu, uzunluğu, eni və tutumu barədə daniz bələdçisinə dəqiq məlumatların elan edilməməsinə və ya yanlış məlumatların elan edilməsinə görə —

    • gəmi kapitanı əlli manatdan doxsan manatadək miqdarda cərimə edilir. (1, 11, 119)

Maddə 142. Dəniz və çay nəqliyyatı gəmilərində sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması

142.1. Sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulmasına görə—



  • fiziki şəxslər on beş manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda cərimə edilir.

142.2. Gəmilərdən zibil və başqa predmetlər atmağa görə—

  • on manatdan on beş manatadək miqdarda cərimə edilir. (1, 119)

Maddə 143. Dəniz və çay nəqliyyatında siqnalizasiya və rabitə qurğuları və avadanlığının zədələnməsi

Dəniz və çay nəqliyyatında siqnalizasiya və rabitə qurğularının və avadanlığının zədələnməsinə görə—



  • on manatdan iyirmi manatadək miqdarda cərimə edilir. (1, 119)

Maddə 144. Kiçik gəmilərin qeydə alınması, uçotu və istismar qaydalarının pozulması

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının nəzarəti altında olan kiçik gəmilərin qeydə alınması və uçotu qaydalarının və bu gəmilərdən, onların dayanması üçün bazalardan (qurğulardan) istifadə qaydalarının pozulmasına görə—



  • on manatdan otuz beş manatadək miqdarda cərimə edilir və ya kiçik gəmini idarəetmə hüququ altı aydan iki ilədək müddətə məhudlaşdırılır. (1, 119)

Maddə 144-1. Gəmilərin qeydiyyata alınması qaydalarının pozulması

Gəminin məcburi olan qeydiyyata alınmasından boyun qaçırmağa, gəmini müəyyən edilmiş qaydanın pozulması ilə gəmi reyestrlərinin birində qeydiyyata alınmasına və ya gəmi reyestlərinə daxil olan məlumatların dəyişdirilməsi barədə xəbər verilməməsinə görə —

    • iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir. (12, 119)

Maddə 145. Limanlarda yükvurma, yükləri boşaltma və yığma qaydalarının pozulması

Limanlarda yükvurma, yükləri boşaltma və yığma qaydalarının pozulmasına görə—



  • fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz beş manatdan əlli manatadək miqdarda cərimə edilir. (1, 119)

Maddə 146. Dəniz və çay nəqliyyatında təhlükəli maddələr və predmetlər aparma qaydalarının pozulması

146.1. Dəniz və çay nəqliyyatında təhlükəli maddələrin və predmetlərin əl yükündə aparılması qaydalarının pozulmasına görə—



  • xəbərdarlıq edilir və ya on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir.

146.2. Dəniz və çay nəqliyyatında təhlükəli maddələr və ya predmetlər aparılması qaydalarının pozulmasına görə—

  • xəbərdarlıq edilir və ya beş manatdan on manatadək miqdarda cərimə edilir. (1, 119)

Maddə 147. Dəniz və çay nəqliyyatında yüklərin qorunması qaydalarının pozulması

147.1. Yükdaşıma üçün nəzərdə tutulmuş üzən nəqliyyat vasitələrinin, habelə daşıma mexanizmlərinin zədələnməsinə görə—



  • on manatdan otuz manatadək miqdarda cərimə edilir.

147.2. Konteynerlərin zədələnməsinə, plomblarının və kilidlərinin zədələnməsinə, plomblarının qırılmasına, ayrı-ayrı yükləri və onların qutularını, paketlərini, yük həyətlərinin, liman (körpü) yük rayonlarının (sahələrinin), şlüzlərin konteyner məntəqələrinin (meydançalarının) və yük daşımaları ilə əlaqədar işlər üçün istifadə edilən anbarların hasarlarını zədələməyə görə—

  • on beş manatdan otuz beş manatadək miqdarda cərimə edilir. (1, 119)

Maddə 148. Dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsi

Dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə—



  • xəbərdarlıq edilir və ya yeddi manatdan on üç manatadək miqdarda cərimə edilir. (1, 119)


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   255




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin