Maddə 150-4. Xüsusi razılıq (lisenziya) olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması, yaxud lisenziya şərtlərinin pozulması
150-4.1. Xüsusi razılıq (lisenziya) olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmasına görə —
yüz manat miqdarında cərimə edilir.
150-4.2. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmalarına dair xüsusi razılıq (lisenziya) şərtlərinin pozulmasına görə —
əlli manat miqdarında cərimə edilir. (178)
Maddə 150-5. Pasport olmadan avtovağzal (avtostansiya) fəaliyyəti ilə məşğul olma və pasportla müəyyən edilmiş müvafiq kateqoriyaya uyğun texnoloji prosesi pozma
150-5.1. Pasport olmadan avtovağzal (avtostansiya) fəaliyyəti ilə məşğul olmasına görə —
min beş yüz manat miqdarında cərimə edilir.
150-5.2. Avtovağzalın (avtostansiyanın) fəaliyyətinin müvafiq kateqoriyaya uyğun texnoloji prosesinin pozulmasına görə —