Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi



Yüklə 2,2 Mb.
səhifə88/255
tarix10.01.2022
ölçüsü2,2 Mb.
#108092
1   ...   84   85   86   87   88   89   90   91   ...   255
Maddə 163-1. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması (195)

163-1.1. Hüquqi şəxslərə məxsus olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə -

  • vəzifəli şəxslər min iki yüz manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər dörd min manatdan beş min manatadək miqdarda cərimə edilir.

163-1.2. Bu maddənin 163-1.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, hüquqi şəxs tərəfindən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə -

  • vəzifəli şəxslər min iki yüz manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər dörd min manatdan beş min manatadək miqdarda cərimə edilir.

163-1.3. Bu maddənin 163-1.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, fiziki şəxs tərəfindən ona məxsus olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə -

  • altı yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə edilir.

163-1.4. Eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -

  • fiziki şəxslərin nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla min manatdan min iki yüz manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslər min səkkiz yüz manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər beş min beş yüz manatdan altı min manatadək miqdarda cərimə edilir. (195)

Maddə 164. Avtomobil yollarında və nəzarət edilən zonalarda yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması

164.0. Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına, yəni:

164.0.1. yolun hərəkət hissəsində və ya səkilərdə materialların yığılması və predmetlərin saxlanılmasına (səkilərdə materialların və ya predmetlərin saxlanılması nəticəsində yaranmış məhdudiyyətlərin piyadaların gediş-gəlişi üçün yolun hərəkət hissəsindən istifadə etməsinə səbəb olmadığı hallar istisna olmaqla);

164.0.2. geoloji, axtarış, tikinti, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə;

164.0.3. daimi və müvəqqəti giriş-çıxış yerlərinin, başqa yollarla birləşmələrin və kəsişmələrin yaradılmasına;

164.0.4. yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə;

164.0.5. təhkim zolağında hərəkət təhlükəsizliyinə aid olmayan nişanların və göstəricilərin, reklam lövhələrinin və transparantların qurulmasına;

164.0.6. dəmiryol keçidlərinin, bəndlərin, şlüzlərin, nohurların, digər meliorasiya və hidrotexniki qurğuların tikintisinə, yenidən qurulmasına, təmirinə və ləğvinə, çayların və kanalların yatağının dərinləşdirilməsinə;

164.0.7. bərk örtüklü yollarda nəqliyyat vasitələrinin zavod sınaqlarının keçirilməsinə;

164.0.8. təhkim zolağında nəqliyyat vasitələrinin durması və yuyulması üçün meydançaların, servis obyektlərinin, köşklərin, pavilyonların, digər qurğuların yerləşdirilməsinə və ticarətin aparılmasına;

164.0.9. yarışların, məşqlərin və digər idman tədbirlərinin keçirilməsinə;

164.0.10. tırtıllı, uzun ölçülü, iri qabaritli, ağır çəkili və ya təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil yoluna və yol qurğularına zərər dəyməsinə görə—



  • fiziki şəxslər səksən manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan dörd min manatadək miqdarda cərimə edilir. (1, 48, 102, 119)

Maddə 165. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi

Yol hərəkətinin müvvəqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qəbul edilmiş qərarla müəyyənləşdirilmiş göstərişləri və ya qadağan edilməsi müddətlərini pozmağa və ya özbaşına yol hərəkətini müvəqqəti məhdudlaşdırmağa və ya qadağan etməyə görə—



  • fiziki şəxslər qırx manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda, hüquqi şəxslər beş yüz manatdan altı yüz manatadək miqdarda cərimə edilir. (1, 102, 119)

Maddə 166. Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı qaydalarının pozulması

166.1. Xüsusi komplektləşdirilmiş dərman qutuları ilə təchiz olunmayan nəqliyyat vasitələrini idarə etməyə görə—



  • üç manatdan beş manatadək miqdarda cərimə edilir.

166.2. Təcili tibbi yardıma ehtiyacı olan şəxsləri daşımamağa, yaxud təcili tibbi yardım göstərmək üçün eyni səmtə gedən səhiyyə işçilərinə nəqliyyat vasitələri təqdim etməməyə görə—

  • on manatdan on beş manatadək miqdarda cərimə edilir.

166.3. Nəqliyyat vasitələri sürücülərinin icbari qaydada tibbi müayinədən, təkrar müayinədən, həmçinin reys qabağı, reysdən sonra cari tibbi müayinədən keçmələrini təşkil etməməyə görə—

  • vəzifəli şəxslər qırx manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir. (1, 119)

Maddə 167. Magistral boru kəmərlərinin mühafizəsi qaydalarının pozulması

Magistral boru kəmərlərinin mühafizəsi qaydalarının pozulmasına görə—



  • fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar on manatdan iyirmi manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar altmış manatdan səksən manatadək miqdarda cərimə edilir. (1, 48, 119)

Maddə 168. İş görülərkən qaz (neft) kəmərlərinin zədələnməsi

İş görülərkən qaz (neft) kəmərlərinin zədələnməsinə görə—



  • fiziki şəxslər otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər doxsan manatdan yüz əlli manatadək miqdarda cərimə edilir. (1, 48, 119)


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   255




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin