Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi


Maddə 181-4. Fərdi məlumatlar haqqında qanunvericiliyin pozulması



Yüklə 2,2 Mb.
səhifə94/255
tarix10.01.2022
ölçüsü2,2 Mb.
#108092
1   ...   90   91   92   93   94   95   96   97   ...   255
Maddə 181-4. Fərdi məlumatlar haqqında qanunvericiliyin pozulması

181-4.0. Fərdi məlumatlar haqqında qanunvericiliyin pozulmasına, yəni:

181-4.0.1. fərdi məlumatlar haqqında qanunvericiliklə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə;

181-4.0.2. fərdi məlumatların mülkiyyətçisi və ya operatoru tərəfindən fərdi məlumatların mühafizəsinin təmin olunmamasına, fərdi məlumatlar haqqında qanunvericiliklə tələb olunduğu hallarda və müddətlərdə fərdi məlumatların məhv edilməməsinə, yaxud fərdi məlumatların toplanılmasının, işlənilməsinin və ya verilməsinin dayandırılmamasına görə —

    • üç yüz manatdan beş yüz manatadək miqdarında cərimə edilir. (175)

Maddə 181-5. Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satış məqsədi olmadan qanunsuz əldə etmə

Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satış məqsədi olmadan qanunsuz əldə etməyə görə —

    • gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr müsadirə edilməklə iki yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir. (181)


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   255




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin