164. ”Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası qanunu şamil edilir: Azərbaycan Respublikasının Mərkəzi Bankının aparatında çalışan hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə
Miqrasiya xidməti aparatında çalışan hərbi və ya xüsusi rütbəsi olan şəxslərə
Müdafiə Nazirliyinin aparatında çalışan hərbi və ya xüsusi rütbəsi olan şəxslərə
yardımçı vəzifə tutan dövlət qulluqçularına
165. ”Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası qanunu şamil edilir: Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə
hərbi qulluqçulara
mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə
heç birinə
166. Dövlət qulluğunun vəzifələrindən biri doğrudur: Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları əsasında vətəndaşların müraciətlərinə baxılması
Dövlət qulluqçularının “dövlət qulluğu haqqında qanunun” tətbiqinə nəzarət edilməsi
dövlət qulluqçularının sosial və hüquqi müdafiəsi, onların özləri və ailələri üçün ləyaqətli yaşayış səviyyəsinin təmin edilməsi
dövlət orqanlarının səmərəli fəaliyyətinin və dövlət qulluqçuları tərəfindən vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinin təmin edilməsi
167. Dövlət qulluğunun prinsiplərindən biri doğrudur: yuxarı dövlət orqanlarının və vəzifəli şəxslərin öz səlahiyyətləri hüdudlarında qəbul etdikləri qərarların bütün şəxslər tərəfindən mütləq yerinə yetirilməsi
bütün vətəndaşların və vəzifəli şəxslərin dövlət qulluqçularının qanuni tələblərini icra etməyə və qanuni hərəkətlərini müdafiə etməyə borclu olması
dövlət qulluqçularının xidməti və peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə onların xidməti ezamiyyətə göndərilməsi
bütün vətəndaşların sosial və hüquqi müdafiəsi, onların özləri və ailələri üçün ləyaqətli yaşayış səviyyəsinin təmin edilməsi