Azərbaycan respulikasi


Avropa dillərindən alınma terminlər



Yüklə 0,86 Mb.
səhifə25/30
tarix11.01.2022
ölçüsü0,86 Mb.
#110718
1   ...   22   23   24   25   26   27   28   29   30
Avropa dillərindən alınma terminlər. Avropa mənşəli sözlər Azərbaycan dilində iki əsas yolla alınır: 1) birbaşa alınmalar; 2) vasitəli alınmalar. Vasitəli alınmaları iki qrupda birləşdirmək olar: 1) rus dili vasitəsi ilə alınmalar; 2) başqa dillər vasitəsi ilə alınmalar. Onu da qeyd edək ki, Azərbaycan dilinə, demək olar ki, Avropa mənşəli pedaqogika terminlərinin birbaşa və yalnız rus dili vasitəsi ilə keməsi müşahidə olunur. Başqa dillərin vasitəçi və ya aralıq dil funksiyası yerinə yetirməsinə az rast gəlinir.

Azərbaycan dili pedaqogika terminologiyasında Avropa mənşəli alınma terminlərdən geniş istifadə olunur. Alternativ, alturizm, metod, analtik metod, apatiya, apelyasiya, apelyasiya komissiyası, aspirant, aspirantura, assistent, affekt, attestasiya, bakalavar, deduksiya, abituryent, abortiv, abstraksiya, deduktiv, defektologiya, albom, alternativ, anormal, anttropologiya, antaqonist, antologiya, antipatiya, anket, assimilyasiya, arqument, appersepsiya, analizator, diskussiyap, dispozisiya, disput, dissertant, dissertasiya, doktorant, doktorina, dominant, ekskursiya, emosiya, fakultativ, fakültə, manifest, magistr, magistratura, makarad, materializm, melanxoliya, mentalitet, modifikasiya, eksponat, pedant, pedantizm, pedaqogika, pedaqoji, pedalogiya, professor, praktika, prinsip, problem, proqram, psixometrik, psixologiya, psixoloji, psixogen, psixonevratik, subyektiv, struktur, strategiya, universitet, institut, kollec, kirikulum, monitorinq və s. bu qəbildən olan terminlərdir. Bu terminlərdən bəzilərinin anlayış uyğunluğunu nəzərdən keçirək.



Azafiya (yun. A-inkar+safes-aydın, anlaşıqlı)- sözlərin aydın olmayan, anlaşılmaz tərzdə tələffüz edilməsindən ibarət nitq pozğunluğu.

Adaptasiya (latınca adaptatio - uyğunlaşma deməkdir) və ya alışma, orqanizmin ətraf mühitə, düşdüyü şəraitə uyğunlaşması deməkdir. Adaptasiyanı həm də şəxsiyyətin sosiallaşmasının tərkib hissəsi kimi də qiymətləndirmək olar. Psixoloq və sosioloqlar adaptasiyanın iki növünü qeyd edirlər: * psixo-fiziloji adaptasiya * sosial-psixoloji adaptasiya Psixo-fizioloji adaptasiya analizatorların fəaliyyəti və onlarda həssaslığın dəyişməsi ilə, sosial-psixoloji adaptasiya isə şəxsiyyətin yeni sosial situasiyaya daxil olması ilə əlaqədardır.

Aleksiya (yun. A-inkar+leksik-söz, ifadə etmə)- oxunan mətni anlama qabiliyyətinin pozulması, yaxud itirilməsindən ibarət olan xəstəlik halı.

Assosiasiya (lat. assosiasio-birləşmə, əlaqə). Asixika xarici maddi aləmin inikasıdır. Gerçək aləmin cisim və hadisələri bir-biri ilə üzvi surətdə bağlıdır, bir-birindən asılıdır. Insanın mühüm psixi proseslərinlən biri olan hafizə (bax) cisim və hadisələri, malik olduqları bu əlaqə və asılılıqda, rabitələrdə əks etdirir. Biz təsəvvürləri, sözləri, fikirləri, hissləri, hərəkətləri daim müəyyən əlaqədə yadda saxlayırıq. Deməli, hafizə fəaliyyətinin əsasını həmişə müəyyən rabitələr-assosiasiyalar təşkil edir. Hafizə təsəvvürlərinin bu rabitələri hələ eramızdan əvvəl Aristotel tərəfindən irəli sürülən üç prinsipə əsaslanır: 1. Qonşuluq assosiasiyası; 2. Oxşarlıq assosiasiyası; 3. Əkslik assosiasiyası.

Affekt (lat. Affektus -ruhi həyəcan, ehtiras)- sürətlə əmələ gəlib böyük coşğunluqla cərəyan edən çox qüvvətli hissdir. Qeyz, dəhşət, yüksək şadlıq, qüvvətli kədər affektə aid ola bilər. A., adətən birdən-birə əmələ gəlib bir neçə dəqiqə davam etməsinə baxmayaraq, orqanizmin həyat fəaliyyətinə təsir göstərir.

Məlumdur ki, məktəbəqədər təhsil müəssisələrində üç növ qiymətləndirmədən istifadə edilir: diaqnostik (ilkin), formativ (cari) və summativ (yekun). Hər üç termin alınmadır. Diaqnostik (ilkin) qiymətləndirmə sentyabr-oktyabr aylarında, təlim məşğələlərinin əvvəlində uşaqların ilkin inkişaf səviyyələrini, fərdi ehtiyaclarını müəyyənləşdirmək məqsədi ilə aparılan qiymətləndirmədir.

Formativ (cari) qiymətləndirmə uşaqların ümumi inkişafının müntəzəm izlənilməsi və istiqamətləndirilməsi məqsədilə aparılır.

Summativ (yekun) qiymətləndirmə məktəbəqədər təhsil pilləsində uşaqların ümumi təlim nəticələrinə nail olduqlarını müəyyən etmək üçün məktəbəhazırlıq qrupunda ildə 2 dəfə (yarımildən bir) aparılır. Hər bir uşağın müəyyən müddət ərzində əldə etdiyi nailiyyətləri ümumiləşdirmək və qiymətləndirmək, ibtidai sinif müəllimləri ilə əlaqə, ünsiyyət və məktəbəqədər təhsildən ibtidai təhsilə keçidin asanlaşdırılması məqsədini daşıyır. Bu zaman uşağın il boyu proqramın bölmələri üzrə qazandığı nailiyyətlər ümumiləşdirilir və qiymətləndirilir.

“Summativ” termini ingilis dilində “sum up”, yəni müəyyən müddətin və ya işin yekunu, xülasəsi deməkdir. Summativ qiymətləndirmə müəyyən müddət üzrə aparılmış müşahidələri əhatə edən uşağın inkişafının ümumiləşdirmiş xülasəsi deməkdir. Xülasələr yarımillik və illik hesabatlar kimi və xüsusi formatda verilir.

Məktəbəqədər təhsil müəssisələrində qiymətləndirmənin bir forması portfolio adlanır. Portfolio ingilis dilindən tərcümədə “portfel” “mühüm sənədlər üçün qovluq” funksiyasında işlədilən əşyadır. Terminin “portfel” sözü ilə əlaqəsini aydınlaşdırdıqda məlum olur ki, məktəbəqədər müəssisələrdə uşaq orada olduğu müddətdə onun haqqında müxtəlif məlumatlar toplanıb bir qovluqda (şəxsi işdə) saxlanılır. Həmin qovluqda uşağın əl işləri, fikirləşdikləri hekayələr, təsviri fəaliyyət məşğələlərinin nəticələri və əlavə olaraq uşağın hansısa fəaliyyətlə məşğul olarkən və ya, səhnələşdirilmiş tamaşada rol ifa edərkən çəkilmiş foto şəkillərinin saxlanılır. Bu qovluq valideynlərə də öz uşaqlarının nailiyyət və imkanları ilə tanış olmaq imkanı verir.

Müasir pedaqogikada fasiləsiz təhsil sistemində müxtəlif dillərin terminologiyasında “öyrədən, təlim edən, tədris edən” ümumi mənasına yaxın mənanı ifadə edən anlayışların adı olan bir sıra terminlər vardır. Məsələn, koaç, mentor, tutor, advizor, fasiltator və s. Bu terminlərin ingilis dilindəki funksional sinonim sırası belədir: teacher - mentor - tutor -a dvisor -coach - facilitator.

Müasir ingilis dilinin sinonimlər lüğətlərində bu terminlərin hər birinin sinonim sırası verilir.



Teacher(n)-coach, edicator, quide, guru, instructor, master, mentor, professor, scolar, scoolteacher, specialist, trainer, tutor, lecturer;


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin