Azərbaycan şifahi xalq ədəbiyyatına



Yüklə 1,18 Mb.
səhifə110/128
tarix01.01.2022
ölçüsü1,18 Mb.
#104207
1   ...   106   107   108   109   110   111   112   113   ...   128
ƏRDOV

I mətn

Həsən dayının yatağının qavaana tökülmüşdüh. Bir də bu ağzı əyri Əh­mədalı varıdı, onun arvadı Reyzə varıdı, bajısı varıydı, burdoydu. Bu duror, yar­noul-yarnoul dərələr varıdı yanımızda. Orya suun üsdə-zada geder, gəler. Ge­dəndə görör iki dəs libasdı arvad oturor. Biri ağ geyimli, biri qara. Bir dəs anrıda oturor, bir dəs bəridə. Burda ağlaşma ağlıyıllar. Qız elə belə baxer görör kü, bu­lar burda geyimli-kejimli ağlaşellar. Bir də bəri üzə çıxanda çığırdı. Özümüz də eşiderih. Görörüh qızı. Qız çığırdığınnan yıxıldığı bir oldu. Heşnə yoxdu, qız özünnən gedif. Qızı gətidilər biniyə, öyə. Uzandırdılar, sudan-seldən töhdülər, qızı ayıltdılar. Ayılanda dedilər, ağız, niyə helə eliyersən? Dedi ki, getmiyin o tərəfə. İki dəs arvad oturuf orda. Biri ağ geyimli, biri qara. Məni görəndə çır­pı­n­dılar ayağa qalxdılar ki, gəl bizim yanımıza. Mən də çığırdım, güjnən-güjə bəri çıxdım.

O vaxlar olordu belə şeylər. Deerdilər, gedəndə görörüh filan dərədə toy çalıner. Oynaşellar. Ağaca qoyma deef aterdıx, dağılerdılar, yoxa çəkilerdilər. Ollara Ardoy deerdilər. Variymiş helə əyamlar.


II mətn

Bir kişi Öysüzdünün yolunnan – Aldədənin yanındakı yolnan atdı ge­der­miş. Bir də qavırsannıx var, çayın içinnən geder – Öysüzdü qavırsannığı. Görör, bir adam bunu bərk çağırer. Deer, ay qardaş, əylən, məni də götür atının tərkinə. Belə baxanda örör, bir kişi xaylağıdı. Deer ki, noolar. Götürör. Adamdı dana. Bunu tərkinə götürəndə bu, əlini uzadıf kişinin boynun oxalıyır – götürdüyü adam. Deer ki, nə gəzersən? Deer, yaman tutmuşam səni. Deer, nə işə? Deer, götürör munu tulluyuv, atı səyirdif. Deer, a kişi, get, anan namaz üsdə doğdu səni.

Sən demə, tərkinə götürdüyü Ardoyuymuş dana.



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin