Azərbaycan şifahi xalq ədəbiyyatına



Yüklə 1,18 Mb.
səhifə121/128
tarix01.01.2022
ölçüsü1,18 Mb.
#104207
1   ...   117   118   119   120   121   122   123   124   ...   128
ÇİLLƏ ÇIXARMAQ

Niyət eliyirsən ki, ay Allah, uand gətisin işdərim, çillə çıxardeyjəm. Çillə çıxardan da savağatan yatmer. Qohumu, qonşunu çağıreyjax, dan yeri söküləndə də soyux suda çimeyjəh. Bu çillə gejəsidi. Kəhrizdə gəldi çimdi anam yazıx. Oğlu olmağa çilə demişdi. Yoxsa helə-belə çilə çıxartmersən.

Balinsədən ki gətidilərmi, körpəni, ananı, ilənməsin deə su tökörsən yu­murtaan üsdünə qoyursan qapının qavağına. Onnan sora kim gəler, gəlsin. İrəhli paltar gəter, qələm geter. Əmbə qəsnən kimsə əyağını yerə döə-döə şey gətirersə o uşağın üsdünə, apareram hökmnən, o uşağın başına bir iş gəlsin, getməlidi o uşağ. Onu çox sınaxdan çıxardıflar. Əmbə qəsnən gəlmersə, qapının qavağına zəncir qoyulufsa, kim gəlersə, tükü də inciyən döy.
BƏDNƏZƏR

Bu stadionun yuxarısında bir Mansır kişi varıydı, Əlinin dədəsi. Göz­ü­də­yən Mansır deerdilər. Mən uşağıydım, qağamnan oduna edirdim, qaz ha yo­xuy­du. Stadyon da vapşe yoxuydu, aradan çıxerdıx Əsriyə getməy üçün. Stadyonun baravarında Mansır kişiynən qardaşım qarşılaşdı. Qağam dedi ki, öymüz yıxıldı. Nəysə, bu kişiynən qorxa-qorxa etdi. Qağam məni haravanın yanında qoydu get­di. Meşədən odun yığdı, qayıtdı gəldi. Qağam atnan getdi, odunu yühlədi, bir-bir aşağı töhdü. Gətdih haravıyı yühlədi qağam. Əsriyin başında at yolu beləjə get­diyi yerdə yolu qoydu düz qayanın təpəsinə çıxdı. Mən də haravanın üsdəyəm. Qağam da haravanın qolunun üsdədi. Böyür qayadı. Hamımız batasıyıx. Qağam dedi, tərpəmmə. Görəh ötüşörühmü? Beləjə, gözü göy, tişi seyrəh adamlarda nəfs, nəfəs bəd olor. Onun qarğışı tez həyata keçer. Qayanın başınnan at nə fa­son çıxmışdısa, o fason da dal təkərnən sürünçə-sürünçə əldih çıxdıx.



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin