Azərbaycan tarixi


İnqilabın II mərhələsi (1978-ci ilin sentyabrından – 1979-cu ilin fevralı)



Yüklə 0,62 Mb.
səhifə246/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   242   243   244   245   246   247   248   249   ...   269
Azərbaycan tarixi mühazirə

İnqilabın II mərhələsi (1978-ci ilin sentyabrından – 1979-cu ilin fevralı). Sentyabrdan inqilabın 2-ci mərhələsi başlandı. İnqilabi hərəkat bütün İrana yayıldı və onun əsas mərkəzləri Təbriz, İsfahan və Tehran şəhərləri idi. Bütün sosial təbəqələr hərəkata qoşuldu. Tətilçilər SAVAK-ın ləğv edilməsini, demo­kratikləşməni tələb edirdilər. 07 sentyabr 1978-ci il tarixdə İranın 12 şəhərində kütləvi çıxışlar başladı.08 sentyabr tarixdə nümayişçilər gülləbaran edildi və bu gün tarixə “Qanlı cümə günü” kimi düşdü. 1978-ci ilin noyabrı neft müəssisə­lərinin fəhlələri tətilə qoşuldular və bu ümumi tətillər 1979-cu ilin fevralınadək davam etdi. Neftçilərin tətilə qoşulması inqilabın taleyini həll etdi.
1978-ci il dekabrın 30-da təbrizlilər yenidən nümayişə başladılar. 16 yanvar 1979-cu il tarixdə Şah Məhəmməd Rza Pəhləvi İrandan qaçdı. Yanvarın 19-dan isə nümayişlər “Allahu əkbər, Xomeyni rəhbər” şüarı ilə kecirilirdi. 1979-cu il fevralın 1-də A.Xomey­ninin Parisdən Tehrana gəlməsi münasibətilə Təbrizdə nümayişlər geniş vüsət aldı. Fevralın 11-də nümayişçilər gülləbaran edildilər. Nümayişçilər də polis qüvvələrinə hücum etdilər. Xeyli insan həlak oldu.
11 fevral 1979-cu il tarixdə Tehranda üsyan qalib gəldi. Fevralın 11-də paytaxtda şah tərəfdarları üzərində qələbə çalınmasına baxma­yaraq, Təbrizdə əksinqilabi qüvvələr müqavimət göstərirdilər. 16 fevral 1979-cu ildə inqilab Cənubi Azərbaycanda qalib gəldi, nəzarət xalqın əlinə kecdi. 1978-1979-cu illər inqilabında Cənubi Azərbaycan 25 min qurban verdi. Şahlıq üsul-idarəsi devrildi. 1979-cu ilin fevralında İranda inqilab qələbə ilə başa çatdı və martın 30-31-də referendum keçirildi. Əhalinin 97%-i İran İslam respublikasının tərəfdarı oldu. 1979-cu il aprelin 1-də İran İslam Respublikası elan edildi.
İnqilabın qələbəsindən sonra inqilabda iştirak edən xalqlara, o cümlədən Azərbaycan türklərinə vəd olunan müxtariyyət verilmə­di.Kəndlilər torpaq isla­hatı keçirilməsini, işsizlər isə iş istəyirdi. 1981-ci ildə torpaq islahatı haqqında qanun verilsə də, həyata keçirilmədi. İşsizlik artdı, kəndlilər iş dalınca şəhərlərə axışdı.
Əsas siyasi və sosial qüvvələr şahlığın devrilməsindən sonra milli-demokratik istiqamətdə inkişaf gözləyirdilər. Milli məsələnin ədalətli həlli gozlənilirdi. 1979-cu il dekabrın 2-3-də İran İslam Res­publikası Konsti­tusiyanı qəbul etmək ücün referendum kecirdi. Millətin hüququ adlı III fəslin 19-cu maddəsində deyilirdi: İran xalqı hansı etnik qrup və qəbilədən olmasından asılı olmayaraq bərabər hüquqa malikdir, rəng, irq, dil və bu kimi amillər kimsəyə üstunluk vermir. 15-ci maddədə isə deyilirdi: İran xalqının rəsmi müş­tərək dili və xətti farsdır. Sənədlər, məktublaşmalar, rəsmi mətnlər və dərs kitab­ları bu dil və xətlə olmalıdır. Lakin yerli və etnik dillərin fars dili ilə yanaşı işlənməsi, mətbuat, kütləvi informasiya vasitələrində və milli ədəbiyyatın mək­təb­lərdə tədrisində azaddır. Ancaq bu nailiyyətlər türk dilinin 1945-1946-cı illər milli - demokratik hərəkat dövründəki mövqeyindən cox aşağı oldu. Az bir müddətdə türk dilində təxminən 30 adda qəzet və jurnal nəşr olundu, yazıçılar ittifaqı yarandı, dərs vəsaitlərinin hazırlanmasına başlandı.
İnqilabın qələbəsindən sonra siyasi partiya və təşkilatlar milli zülmün ləğvinin yeganə yolunu İranda ictimai həyatın həqiqi federalizm əsasında yeni­dən qurulmasında görürdülər.
İran-İraq müharibəsində (1980-1988) həlak olan 600 min iranlının çoxu İran türkləri idi.Müharibədən sonra ölkəyə vurulan ziyanlar aradan qaldırıldı. Cə­nubi Azərbaycanda çoxlu müəssisələr tikildi. Azərbay­canlıların əksəriyyəti bərabərlik, demokratik azadlıqlar, milli hüquqların təmin olunmasını gözləyirdi. Bu tələblər Konstitusiyada öz əkşini tapmışdı. Yerli və etnik dillərin fars dili ilə yanaşı işlənilməsi nəzərdə tutulsa da, Azər­baycan dilinin məktəb­lərdə işlənilməsinə imkan verilmədi.
Şah hakimiyyəti dövründə hegemon olan «vahid İran milləti» anlayışı inqilabdan sonra «vahid İslam milləti» anlayışı əvəz edildi və bu ad altında milli mənsubiyyət inkar olunur.
Bütün çoxmillətli dövlətlərdə olduğu kimi İranda da milli məsələnin həlli ölkənin demokratikləşməsi ilə sıx bağlıdır.
İranın demokratikləşməsi burada Azərbaycan məsələsinin təkamül yolu ilə həllini sürətləndirə bilərdi. İnqilabın qələbəsindən sonrakı illərdə iqtisadi durğunluq keçirən ölkə yavaş-yavaş bu vəziyyətdən çıxdıqca və İran-İraq müharibəsindən (1980-1988) sonra iqtisadiyyatın bərpası başlandıqca Cənubi Azərbaycanda da sənaye və kənd təsərrüfatının inkişafı müəyyən sürət götürdu. Burada neftayırma zavodu, traktor, maşınqayırma, dəzgahqayırma zavodları, kənd təsərrüfatı maşın­ları üçün mühərriklər istehsal edən zavod­lar, lampa zavodu, xalça fabrikləri, qənd zavodları, tütün fabrikləri, toxuculuq fabrikləri və s. kimi yüzlərlə yüngül sənaye müəssisələri fəaliyyət göstərirdi. Taxılçılıq, bostançılıq, heyvandarlıq məhsulları qismən də İranın digər rayonlarına ixrac olunurdu. Aqrar ölkə olan Cənubi Azərbaycan kənd təsərrüfatının inkişafı üçün böyuk imkanlara malikdir.
Cənubi Azərbaycan türklərinin milli şüurunun inkişafına Məhəm­məd Hü­seyn Şəhri­yarın “Heydər babaya salam” poeması, 1989-cu ildə Sovet-İran sər­həd­dinin dağıdılması və Şimali Azərbaycanın müstə­qilliyini bərpa edərək müs­təqil inkişaf yoluna qədəm qoyması müsbət təsir göstərdi.



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   242   243   244   245   246   247   248   249   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin