Azərbaycan tibb universiteti stomatologiya fakultəSİNİn təDRİs proqrami (I – V kurs)


Stomatologiya fakültəsinin II kurs tələbələri üçün



Yüklə 2,53 Mb.
səhifə58/110
tarix10.01.2022
ölçüsü2,53 Mb.
#102727
növüMühazirə
1   ...   54   55   56   57   58   59   60   61   ...   110
Stomatologiya fakültəsinin II kurs tələbələri üçün

Ümumi gigiyena” fənni üzrə təcrübi məşğələlərin



MÖVZU PLANI


N

Mövzular

Saat

1

Gigiyena haqqında anlayış. Onun insan sağlamlığının və ətraf mühitin qorunmasında rolu. Gigiyenada istifadə olunan müayinə üsulları. Xarici mühit amillərinin və onların və insan sağlamlığına təsirinin öyrənilməsində bu üsulların əhəmiyyəti. Stomatologiya fakultəsində gigiyena fənninin tədrisinin təşkililə tanışlıq

2

2

Orqanizmin sutkalıq enerji sərfi səmərəli qidalanmanın təşkilinin əsası kimi, onun təyini üsulları. Döyüşçünün və tələbənin enerji sərfinin hesablanması

2

3

Hərbi qulluqçuların və tibb universiteti tələbəsinin sutkalıq qida rasionunun kimyəvi tərkibinin və kaloriliyinin hesablanması. Sutkalıq qida rasionunda Ca və P miqdarının gigiyenik qiymətləndirilməsi

2

4-5

Yeyinti məhsullarının keyfiyyətinin gigiyenik cəhətdən qiymətləndirilməsinin ümumi prinsipləri. Süd və çörəyin gigiyenik müayinəsi

4

6-7

Ət, konserv və konsentratların gigiyenik müayinəsi və qiymətləndirilməsi. Orqanizmin «C» vitaminilə təminatının qiymətləndirilməsi. Bəzi yeyinti məhsullarında «C» vitaminin təyini və gigiyenik qiymətləndirilməsi

4

8

Müalicə müəssisələrində xəstələrin qidalanmasının təşkili üzərində həkim nəzarəti. Xəstəxananın qida blokunun quruluşu və işilə tanışlıq

2

9

Qida zəhərlənmələrinin təhqiqatı və profilaktikası

2

10

Torpağın ətraf mühitin keyfiyyətinə və sağlamlığa təsiri, gigiyenik və epidemioloji əhəmiyyəti. Onun keyfiyyətinin fiziki-mexaniki göstəricilərinin əhəmiyyəti və müayinəsi

2

11

Otaqlarda, iş yerlərində, müalicə müəssisələrində sanitariya şəraitinin yaxşılaşmasında hava mübadiləsinin və işıqlanmanın əhəmiyyəti və müayinə üsulları

2

12

Müalicə-profilaktika idarələrinin layihələrinin müayinəsinin əhəmiyyəti, layihə sənədlərinin - situasiya və baş planların, stasionarın planlaşdırılmasının gigiyenik müayinəsi

2

13

Stomatoloji poliklinikanın səmərəli planlaşdırılmasının, quruluşunun, və avadanlığının gigiyenik cəhətdən müayinəsi (stomatoloji poliklinikada)

2

14

İçməli suların keyfiyyətinin fiziki-orqanoleptik göstəricilərinin gigiyenik əhəmiyyəti və təyini üsulları

2

15

Suda mineral maddələrin – kalsium, flüor, dəmir və sulfatların suyun keyfiyyətinə, insan orqanizminə, əhalinin sağlamlığına təsiri və gigiyenik əhəmiyyəti. Suyun codluğunun, sulfatların və dəmirin təyini üsulları

2

16

Suyun çirklənməsinin əhali sağlamlığı üçün təhlükəsi, suyun kimyəvi və bakterial çirklənmə göstəricilərinin (oksidləşmə dərəcəsinin, ammonium, nitrit və nitrat birləşmələrinin, mikrob ədədi, koli-titr və koli-indeksinin) onun keyfiyyətinə təsiri və təyini üsulları

2

17

Suyun keyfiyyətinin yaxşılaşdırılması üsulları, onların əhali sağlamlığının mühafizəsində əhəmiyyəti, suyun koaqulyasiyası və normal dozalarla xlorlaşdırılmasının suyun keyfiyyətinə təsiri. Suyun koaqulyant dozasının və xlor tələbatının təyini. Su gigiyenasına dair seminar məşğələsi

2

18

Mikroiqlim göstəricilərinin insan orqanizminə təsiri, onların gigiyenik əhəmiyyəti. Havanın temperaturu və rütubətinin orqanizmin istilik tənzimində rolu, gigiyenik əhəmiyyəti və təyini üsulları

2

19

Hava cərəyanının və barometrik təzyiqin insan orqanizminə təsiri, gigiyenik əhə­miyyəti və təyini üsulları. Meteoroloji amillərin orqanizmə kompleks təsi­­rinin fizioloji göstəriciləri və təyini üsulları

2

20

Günəş radiasiyasının insan orqanizminə təsiri, gigiyenik əhəmiyyəti və müayinə üsulları. Ultrabənövşəyi şüaların diş xəstəliklərinin profilaktikasında rolu və intensivliyinin təyini üsulları

2

21-22

Havanın kimyəvi tərkibinin sağlamlığa təsiri və gigiyenik əhəmiyyəti, müayinə üsulları. Havanın bəzi zərərli qazlarla (CO2), çirklənməsinin sağlamlığa təsiri, gigiyenik-epidemioloji əhəmiyyəti, təyini üsulları. Havanın tozlar və mikroorqanizmlərlə çirklənməsinin sağlamlığa təsiri, gigiyenik – epidemioloji əhəmiyyəti və təyini üsulları

4

23

Suyun və yeyinti məhsullarının radioaktivliyinin gigiyenik əhəmiyyəti və təyini üsulları. İonlaşdırıcı şüalardan mühafizənin hesablanması, dozimetriya nəzarəti üsulları ilə tanışlıq

2

24

İş zamanı orqanizmdə baş verən dəyişikliklərin müayinəsinin işçilərin sağlamlığının qiymətləndirilməsində əhəmiyyəti, fizioloji müayinə üsulları ilə tanışlıq (əzələlərin iş qabiliyyətinin, mərkəzi sinir sisteminin, ürək-damar sisteminin müayinəsi və s.)

2

25

Səs-küy və titrəmələr- peşə zərərləri kimi. Onların orqanizmə və sağlamlığa təsiri, müayinə üsulları

2

26

Peşə xəstəlikləri və zəhərlənmələrinin qeydiyyatı, hesablanması, təhqiqatı və profilaktikasının əsas prinsipləri

2

27

Peşə xəstəliklərinin və zəhərlənmələrinin profilaktikasında və işçilərin sağlamlığının qorunmasında işçilərin profilaktik tibbi müayinələrinin təşkilinin əsasları

2

28

Uşaq və yeniyetmələrin fiziki inkişaf göstəricilərinin müayinəsi və qiymətləndirilməsi üsulları

2

29

Hərbi-çöl şəraitində suyun təmizlənməsi və zərərsizləşdirilməsi, yüksək dozalarla xlorlaşdırılması

2

30

Hərbi-çöl şəraitində suyun keyfiyyətinin yaxşılaşdırılmasına dair xüsusi üsullarla tanışlıq. Dezaktivasiya, duzsuzlaşdırma. Suyun təmizlənməsi və zərərsizləşdirilməsi üçün xüsusi təchizat vasitələri. Yekun məşğələ

2




Cəmi

60



Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin