DEFEKT (defect/blemish) – Verilişdə (lentdə, səsdə, təsvirdə, işıqda və s.) nəzərə çarpan texniki qüsur.
DEFORMASİYA (deformation) – Pozulma; xarici təsirin və ya temperaturun dəyişməsi nəticəsində cismin ölçü və formasının dəyişməsi. Məs: lentin deformasiyası.
DEKADA (decade) –Ongünlük. Kinonun təbliği, yaxud reklam tədbirlərinin təşkili üçün geniş istifadə olunan (reklam dekadası) formalardan biri.
DEKADE (decade) – TV pultunda 9 rəqəmindən sonrakı kanallara keçmək üçün istifadə edilən onluq rəqəmlər düyməsi.
DEKLAMASİYA (recitation/declamation) – 1) Şer və nəsri həyəcanlı səs və hərəkətlə söyləmə; bədii oxu məharəti; 2) Təmtəraqlı, qeyri-təbii danışıq tərzi, süni pafos.