DİKTOR (announcer/script reader) – 1) Münasib görünüşə, aktyorluq məharətinə, müəyyən intellektə, yüksək nitq mədəniyyətinə malik olan, EE-də müxtəlif məzmunlu verilişlər apara bilən radio və TV işçisi; 2) Müəllif, redaktor və ya hər hansı jurnalistin (müəllifin) yazdığı informasiya və ya publisistik mətnləri kağızdan, suflyordan efirə oxuyan şəxs.
DİKTOR ELANI (announcement) – Diktorun əvvəlcədən efir-buraxılış şöbəsində hazırlanmış hər hansı məlumatı tamaşaçılara çatdırması. Adətən, D.e. verilişlərin (filmlərin) məzmunu, yaxud proqram dəyişikliyi ilə bağlı olur.