EKSTREMAL ŞƏRAİT (extreme) – Jurnalist üçün adi şəraitdən fərqlənən situasiya – təbii fəlakət, hərbi vəziyyət, siyasi çaxnaşmalar, mitinq, müharibə və s. kimi qeyri-adi şərait.
EKVALAYZER (equalizer) – Tarazlıq sistemi. Səsin yer aldığı şəraitin akustik xüsusiyyətlərinə görə nizamlanması. Nizamlanma zamanı səs 10-15 desibel artırılır və ya azaldılır. E., ilk növbədə, səs tonuna nəzarət sistemidir. Səs spektrinin hər lentin ton nəzarətini ayrı-ayrı düymələrlə icra edir. 10 lentli E.-ə oktava ekvalayzer deyilir. Bax: Q r a f i k k o r r e k t o r l a r.