KABEL (cable) – Bir və ya bir neçə izolə edilmiş, üstü hermetik örtülü məftil; elektrik enerjisini ötürmək üçün güc kabeli; naqil rabitəsi və siqnalizasiya üçün (rabitə kabeli), radiotezliklərdə enerji və siqnalların ötürülməsi üçün radiotezlik kabeli.
KABEL TELEVİZİYASI (cable television) – Proqramı, informasiyanı mərkəzi stansiyadan fərdi abonentlərə kabel vasitəsilə çatdıran TV sistemi. KTV efir TV-sindən abunəçilərin fərdi tələblərini ödəmək baxımından fərqlənir. KTV-də istənilən yayım stansiyası (o cümlədən peyk vasitəsilə yayımlanan), qəbuledici stansiya (bəzən öz studiyası) və kabel-televizoru iştirak edir.