KANOVİZİON (CANOVISION) – Canon firmasının konkorderlər seriyasından istehsal etdiyi videokamera.
KANTATA (cantata) – Müğənni, solist tərəfindən, əsasən isə xorla, orkestrin müşayiəti ilə oxunan təntənəli və ya lirik-epik musiqi əsəri.
KAPELLA (choir) – 1) Əvvəllər kilsə xoru, sonralar, ümumiyyətlə, xor; bəzən nəfəsli orkestr, instrumental müşayiətsiz xor; 2) Katolik məbədində xor dəstəsi üçün yer.
KAPRİÇÇİO (capriccio) – Sərbəst və ya oynaq xarakterli, gözlənilməz effektlərlə zəngin instrumental musiqi əsəri.
KAPSUL-XƏBƏR (capsule news) – Radioda musiqi proqramları arasında verilən 4-5 dəqiqəlik ekspressiv xəbər buraxılışları. K.x., əsasən ABŞ radiolarında geniş yayılmış xəbər proqramı tipidir.