Baki döVLƏt universiteti


Cümhuriyyət dönəmi türk ədəbiyyatı



Yüklə 96,55 Kb.
səhifə22/24
tarix10.01.2022
ölçüsü96,55 Kb.
#108388
1   ...   16   17   18   19   20   21   22   23   24
Cümhuriyyət dönəmi türk ədəbiyyatı

Osmanlı Dövlətinin siyasi, hərbi və iqtisadi baxımdan Avropadan geri qalması hökümət təmsilçilərini bəzi tədbirlər görməyə məcbur etmiş, bu sahələrdə Avropanın necə inkişaf etdiyinin öyrənilməsi üçün bəzi gənclər təhsil almaq məqsədiylə müxtəlif Avropa şəhərlərinə göndərilmişdir. Avropaya xüsusilə Fransaya gedən gənclər oradakı ədəbiyyata heyran qalmış və geri döndükdən sonra gördükləri yenilikləri Türk ədəbiyyatına da tətbiq etməyə başlamışdır.

Cümhuriyyət dönəmi ədəbiyyatını Milli dönəm türk ədəbiyyatından qəti şəkildə fərqləndirmək yalnış olardı. Çünki Milli dönəm ədəbiyyat nümayəndələri ən dəyərli əsərlərini Cumhuriyyətin ilk illərində vermişdirlər. Yaqub Qədri, Xalide Edib, Rəşad Nuri, Rəfiq Xalid və onlar kimi bir çox ədəbiyyatçılar Cümhuriyyət ədəbiyyatının ilk əlli ilinə damğasını vurmuşdur.

Cümhuriyyət dönəmi Türkiyə ədəbiyyatının əsas xüsusiyyətləri:



1)Cümhuriyyət dönəmi ədəbiyyatının əsasında İstiqlal Savaşı və Atatürk inqilabları dayanmaqdadır. Şeirlər, romanlar, hekayələr bu iki mövzu ilə birbaşa və ya dolayı yollarla əlaqədardır. Milli duyğu və düşüncənin inkişaf etdirilməsinə yönəldilmiş bu səylər Milli ədəbiyyatın davamı olaraq görülməkdədir.
2)Milli ədəbiyyatla başlayan xalqla yaxınlaşma, Anadolununun tanıdılması səyləri də, bu dövrün ədəbiyyatında ana qanunlardan olmuş, artıq ədəbiyyat İstanbulun sərhədlərini tamamilə aşmışdır.

3)Yeni qurulan cümhuriyyətin müxtəlif sahələrdə həyata keçirdiyi inqilabları xalqa tanıtmaq və onların asanlıqla mənimsənilməsini təmin etmək vəzifəsi Cümhuriyyət dönəmi sənətçilərinin üzərinə düşmüşdür. Ədəbiyyatçılar siyasətlə xalq arasında əlaqə yaradan bir körpü rolunu oynamışdır.

Yüklə 96,55 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin