Baki döVLƏt universiteti


I mərhlə -Ən qədim dövr (Altay Hun dövrü)- E.ə IV minillikdən eramızın V əsrinədək II mərhələ



Yüklə 96,55 Kb.
səhifə3/24
tarix10.01.2022
ölçüsü96,55 Kb.
#108388
1   2   3   4   5   6   7   8   9   ...   24
I mərhlə -Ən qədim dövr (Altay Hun dövrü)- E.ə IV minillikdən eramızın V əsrinədək

II mərhələ -Qədim dövr – V əsrdən etibarən X əsrədək olan dövr.

III mərhələ - Orta dövr - X əsrdən XV əsrədək olan dövr.

IV mərhələ - Yeni dövr – XV əsrdən XX əsrədək

V mərhələ - Ən yeni dövr – XX əsrdən bu günədək

Türk xalqları öz tarixi inkişafları boyunca bir çox əlifbalardan istifadə etmişdir.Onlardan Soqd, Çin, Yəhudi,Göytürk, Uyğur, Ərəb, Kiril ,Latın əlifbalarının adını çəkmək olar.Bu əlifbalarla yazılmış yüzlərlə abidə günümüzdə tarixi türk mənbələri kimi yüksək qiymətləndirilir.

XIX əsrdən etibarən müxtəlif türkoloqlar tərəfindən türk dilləri “tarixi inkişaflarına” , “dillər arsındakı morfoloji və fonetik əlamət yaxınlığına” , “xalqların coğrafi məkan qonşuluğuna” görə bir neçə qrup və yarımqruplar şəklində təsrif olunmuşdur.

Bu təsnifatlar içərisində rus dilçilərindən İ.N.Berezinin, V.V.Radlovun, F.Y.Korşun, A.N.Samoyloviçin fikirləri diqqətə laiqdir. Digər dünya ölkələrində isə türk dillərinin təsnifatı V.Şott, Y.Nemet, Q.Ramsted, M.Rəsənen, L.Ligeti, K.Grönberq, İ.Bentsinq kimi türkoloqlar tərəfindən verilmişdir.

Müasir dövrdə türkologiyada “Türk dillərinin təsnifiylə bağlı” əksəriyyət tərəfindən qəbul edilən bölgü Baskakov və Kononova məxsusdur. Azərbaycanlı türkoloqlardan Fərhad Zeynalov da bu bölgünü məqbul hesab edir.Həmin təsnifata görə otuza yaxın türk dili yeddi qrupda aşağıdakı şəkildə birləşir:


Yüklə 96,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin