Baki döVLƏt universiteti



Yüklə 46,46 Kb.
səhifə2/8
tarix01.01.2022
ölçüsü46,46 Kb.
#103304
1   2   3   4   5   6   7   8
QAZAXISTAN

Paytaxt : Astana

Ən böyük şəhər : Almatı

Rəsmi dil: qazax və rus

Ərazi: 2,724,900 km2 (9th)

Əhali: 16,402,861 (2009)

Əhalinin sıxlığı: 6/km2 (226th)

Din: İslam

Etnik qruplar: 67% Qazax 18% Rus 2.7% Ukrayna 2.6% Özbək 1.5% Uyğur 1.4% Tatar 1.3% Alman 5.5% başqaları

İxracat: Metallar, mineral xammallar, kimya sənayesi, taxıl

İdxalat: elektrik enerjisi, maşınqayırma, elektronika

Ən Böyük ticarət tərəfdaşları: MDB ölkələri, Almaniya, Niderland



QAZAXISTANIN İQTİSADİ GÖSTƏRİCİLƏRİ (mənbə:İMF)(BVF)  

      Shaded cells indicate IMF staff estimates

Subject Descriptor

Units

Scale

2006

2007

2008

2009

Ümumi Daxili Məhsul

U.S. dollars

Billions

81.003

104.850

135.601

107.038

Ümumi Daxili Məhsul Adambaşına Düşən

U.S. dollars

Units

5,260.992

6,748.402

8,718.886

6,875.496

Gross domestic product based on purchasing-power-parity (PPP) valuation of country GDP

Current international dollar

Billions

150.616

168.717

177.835

176.996

Gross domestic product based on purchasing-power-parity (PPP) per capita GDP

Current international dollar

Units

9,782.142

10,859.044

11,434.487

11,369.172

Əhali

Persons

Millions

15.397

15.537

15.553

15.568

Qazaxıstan Mərkəzi Asiyanın ən zəngin ölkəsidir. Bu ölkənin ərazisi Volqaboyundan Altay qədər, Qərbi Sibir ovalığından Tyan-Şana qədər uzanır. Ölkənin relyefi əsasən düzənlikdir. Qərbdə Karagiye çökəkliyi ilə birlikdə Xəzəryanı ovalıq. Mərkəz hissəsində Tuqay yaylası tutur. Cənubda isə qızılqum səhrası ilə turan ovalığı çıxır. Şərqdə Altay, Tarbaqatay dağları var. Şimalda isə Sibir düzənliyi var. Burada iqlim əsasəm kontinentaldır. Səbəb isə okeanlarda çox uzaqda yerləşməsidir. Daxili sular cəhətdən olduqca zəifdir.

Qazaxıstanın təbii resursları olduqca zəngindir. Bu ölkədə yanacaq-energetika, metallurgiya, maşınqayırma, kimya, yüngül, yeyinti sənayesi inkişaf edib. Kənd təsərrüfatında taxıl və pambıq inkişaf edir. Heyvandarlıqda əsasən maldarlıq, qoyunçulq, atçılıq, arıçılıq,dəvəçilik inkişaf edib. Nəqliyyat bütün sahələrdə inkişaf edib. Qazaxıstan öz ÜDM-nu 2000, 2001, 2002, 2003, 2004, and 2005 illərdə müvafiq olaraq: 9.8%, 13.2%, 9.5%, 9.2%, 9.4%, and 9.2% artırıb. Qazaxıstan 2010-da dünyanın bir mömrəli uranium ixracatçısı olmağını qarşısına məqsəd qoyub. 2000-də Qazaxıstan MDB ölkələri içində BVF(İMF)-ə borclarını tam ödəyən ilk ölkə olub.

Qazaxıstanın çox zəngin neft resursları var. Qazaxıstan 4 milyard ton neft və 2000 kub metr qaz ehtiyatlarına malikdir. Hesablamalara görə Qazaxıstan 2015-ə qədər həe gün 3 million barel neft çıxarda bilər. Buda Qazaxıstanı dünyanın ilk 10 neft istehsalçısı ölkəsindən biri edir. Burada neft əsasən Yeralıyev və Aktaudan çıxarılır.

Qazaxıstanda çox zəngin daş kömür yataqları var. (karaqanda, ekibastus)

Qazaxıstan xrom istehsalına görə Cənubi Afrika və Zimbabvedən sonra 3. yerdədir. Xrom əsasən Qazaxıstanın şimal regionu Aqtobe və Xromatuda cəmləşib.

Xrom istehsalı əsasən Qərbin investisiyası və maraqlarına görə işləyir.

Qazaxıstanda böyük mis ehtiyatları var. Bu ehtiyatlar əsasən Artemonskoye, Zaman-Aybat, Aktogay, Saryoba rayonlarında yayılıb. Mis istehsalında “kazakhmys” şirkətinin böyük rolu var. Burada ildə təxmini 28000 ton mis və 98000 ton sink çıxarılır.

Bunla yanaşı Qazaxıstanda böyük miqdarda qurğuşun çıxarılır.(Leninoqorsk, Kamenogorsk)

Qazaxıstan Uran istehsalına görə dünyada 4. yerdir. Qazaxıstanın Kazatomprom şirkəti dünyanın ən böyük 5 uran şirkətindən biridir.

Kənd Təsərrüfatı Qazaxıstan İqtisadiyyatının 10.3%-ni verir(2005). Qazaxıstan dünyanın ən böyük 7. taxıl istehsalçısıdır. Burada əsasən taxılçılıq və pambıqçılıq inkişaf edib. Başqa bitkilərdən çəltik, darı, qarğıdalı, şəkər çuğundur, tütün, günəbaxan, üzüm, bostan-tərəvəz bitkiləri var.

Qazaxıstan 5 iqtisadi regiona bölünür:



  1. Şimal : taxıl, yeyinti, dağ-mədən, maşınqayirma, metallurgiya

  2. Mərkəz : dağ-mədən, metallurgiya

  3. Qərb : neft hasilatı emalı, balıqçılıq

  4. Cənub : dağ-mədən, kimya, maşınqayırma, tikinti, yüngül, yeyinti

  5. şərq : əlvan metallurhiya, heyvandarlıq




Yüklə 46,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin