funksional müəyyənliyə malikdir və kommersiya bankının əmələ gəlməsinin mütləq şərtidir. Kommersiya bankının bütün fəaliyyəti onun varlığı ilə bağlıdır.
Sahibkarlıqla məşğul olan digər sahələrlə müqayisədə kommersiya banklarının
xüsusi kapitalı icmal kapitalda XÜSUSİ çəkiyə malikdir. Bu hal bankların spesifik
fəaliyyət xüsusiyyətləri ilə əlaqədardır. Belə ki, banklar iqtisadiyyatdakı sərbəst pul vəsaitlərini cəlb edərək onları borc vermək fəaliyyəti ilə məşğul olurlar. Bankların xüsusi kapitalı sahibkarlıq fəaliyyəti ilə məşğul olan digər qurumlara nisbətən başqa təyinata malikdir. Sahibkarlıq fəaliyyəti ilə məşğulı olan digər qurumların xüsusi vəsaitləri onların ödəmə qabiliyyətini təmin etməklə yanaşı digər əməli funksiyaları da təmin etməlidir. Bankın xüsusi kapitalı isə ilk növbədə əmanətçilərin mənafeyini müdafiə etməyə, daha sonra isə özünün əməli fəaliyyətini təmin etməyə xidmət edir
Xususi kapital dedikde kommersiya banklarinin oz fealiyyetimi temin etmek, emanetcilerin ve diger kreditorlarin etimadini qazanmaq ucun yaratdigi muxtelif fondlarin mecmusudur.
Bank təcrübəsində kapital həmin bank sahiblərinin nizamnamə