bərpası çərçivəsində ödənilmiş vəsaitin geri qaytarılması 57-10.1. Bu Qanunun 57-9- cu maddəsində nəzərdə tutulmuş şərtlərlə sağlamlaşdırılmış sistem əhəmiyyətli bankın dövlət vəsaiti hesabına bu Qanunun 57-9-cu maddəsində nəzərdə tutulmuş qaydada ödəmə qabiliyyətinin bərpası həyata keçirildikdə, bankın inzibatçıları və mühüm iştirak payına sahib səhmdarları banka vurulmuş zərəri müvəqqəti inzibatçının müəyyən etdiyi müddət ərzində ödəməlidirlər. 57- 10.2. Bankın inzibatçılarının və mühüm iştirak payına sahib səhmdarlarının aşağıdakı qanunsuz hərəkətləri nəticəsində banka vurduqları zərər ödənilməlidir: 57- 10.2.1. bankın əsas vəsaitlərinin satılması, bağışlanması, digər formada mənimsənilməsi və ya israf edilməsi;
57- 10.2.2. bankın əsas vəsaitlərinin girov qoyulması və ya bankın aktivlərinin digər formada yüklü edilməsi; 57- 10.2.3. açıq-aşkar ödəniş qabiliyyəti olmayan şəxslərə kredit verilməsi; 57- 10.2.4. ölkə daxilində və ya xaricdə depozit hesabları açaraq, bu hesablardakı vəsaitin girov qoyularaq təminat qismində göstərilməsi; 57- 10.2.5. bankın səhmdarlarına və ya inzibatçılarına bank zərərlə işlədiyi halda və ya bankın mənfəətinə qeyri-mütənasib həcmdə bonusların və dividendlərin ödənilməsi; 57-10.2.6. bu Qanunun 57-3.2- ci maddəsində nəzərdə tutulmuş bankın ödəmə qabiliyyətinin pisləşməsinə səbəb olmuş müqavilələrin bağlanılması; 57- 10.2.7. başqa formada özü, banka aidiyyəti olan şəxslər və ya başqa şəxslər üçün istənilən növ maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə bankın əmlakının mənimsənilməsi və ya israf edilməsi. 57- 10.3. Müvəqqəti inzibatçı bu Qanunun 57-10.2-ci maddəsində nəzərdə tutulmuş şəxslərin banka vurduğu zərərin həcmini və geri ödəniləcək məbləği bankın ödəmə qabiliyyətinin bərpasına başlandığı tarixdən əvvəlki iki illik müddəti əhatə edən dövrdə bankda həyata keçirilmiş əməliyyatları və qəbul edilən qərarları təhlil etməklə müəyyən edir və bu barədə ayrıca akt hazırlanır. 57- 10.4. Müvəqqəti inzibatçı hazırlanmış akta əsasən banka zərər vurmuş şəxslərə vurulmuş zərərin könüllü qaydada ödənilməsi barədə bildiriş göndərir və zərərin ödənilməsi müddətini müəyyən edir. Banka zərər vurmuş şəxslər müəyyən edilmiş müddətdə vurulmuş zərəri könüllü qaydada ödəmədiyi təqdirdə, müvəqqəti inzibatçı zərərin məcburi qaydada ödənilməsi üçün məhkəməyə müraciət edir. 57- 10.5. Müvəqqəti inzibatçı banka vurulmuş zərərin müəyyən edilməsi çərçivəsində bankın səhmdarlarından, inzibatçılarından, banka aidiyyəti olan şəxslərdən onların sahibliyində və mülkiyyətində olan pul vəsaitləri və ya digər əmlak, son iki il müddətində əldə etdiyi gəlirlər, bankdan aldıqları dividendlər və bonuslar barədə məlumat təqdim edilməsini tələb edə bilər. Maliyyə bazarlarına nəzarət orqanı dövlət orqanlarına, idarə, müəssisə və təşkilatlara bu şəxslərin sahibliyində və mülkiyyətində olan pul vəsaitləri və ya digər əmlak, son iki il müddətində əldə etdiyi gəlirlər üzrə məlumatların təqdim edilməsi barədə sorğu verə bilər. 57- 10.6. Bankın inzibatçılarının qanuna zidd qərarları, digər hərəkətləri və hərəkətsizliyi nəticəsində bankın müflis olduğu və ya ödəmə qabiliyyətini itirdiyi müəyyən edilərsə və onların bu öhdəliklərini ödəmə qabiliyyəti olmazsa məhkəmə müvəqqəti inzibatçının müraciəti
əsasında “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq banka vurduğu zərər həddində bu şəxsləri müflis elan edə bilər. Bu cür qanuna zidd əməllər bankın səhmdarlarına mənfəət əldə etmək məqsədi ilə edildikdə, məhkəmə bu cür qanunsuz əməllərdən mənfəət götürən səhmdarlar barəsində eyni cür qərar qəbul edə bilər. 57-10.7. Bu Qanunun 57-10- cu maddəsinin müddəaları bu Qanunun 57-ci maddəsinə əsasən müvəqqəti inzibatçı tərəfindən həyata keçirilən ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyasına da şamil olunur.