Cədvəl 2.9 Bəzi bankların depozit faiz dərəcələri.
Mənbə bankların saytlarındakı depozit məbləğləridir.
Hal-hazırda kommersiya banklarının içərisində ən çox depozitlərin faizləri verən bank 15 % lik dərəcəsi ilə muğanbankdır. Cədvələ baxsaq görərik ki milli valyuta ilə qoyulan depozitlərin faiz dərəcəsi xarici valyuta ilə qoyulan depozitlərin faiz dərəcəsindən dəfələrlə çoxdur.
Son zamanlar müəssisə, təşkilat, hüquqi və fiziki şəxslər kommersiya banklarına öz pul vəsaitlərini depozit olaraq qoyarkən bir çox amilləri nəzərdən keçirir və həmin amillər aşağıdakı kimidirlər.
Kommersiya bankının etibarlı və möhkəm olması
Kommersiya bankına cəlb edilmiş vəsaitlərin faiz dərəcələri
Bankın təklif etdiyi əməliyyatların mürəkkəb olmamasıdır.
Banka qoyulan depozitlərin sığortalanması.
Azərbaycan Respublikasında kommersiya bankları və bankların əməliyyatları inkişaf etməsinə baxmayaraq istənilən səviyyəyə çatmamışdır. Kommersiya banklarının təklif etdiyi xitmətlər kəmiyyət və keyfiyyət göstəricisinə görə beynəlxalq normalara tamda uyğun deyillər. İnkişaf etmiş ölkələrdə kommersiya bankları 300-dən çox xidmət təklif etməsinə baxmayaraq bizim ölkəmizdə hal hazırda kommersiya bankları depozit, kassa, ssuda və hesablaşma əməliyyatları kimi məhdud sayda xidmətlər göstərirlər öz müştərilərinə
Müştərilərin depozitlərinin müdafiə edilməsi bu gün ən aktual mövzulardan biri olaraq qalır. Ölkəmizdə 4 mart 2016-cı il tarixindən etibarən 3 il müddətinə banklara qoyulan depozitlər tam sığortalanıb. Yəni bu müddətdə banklara əmanətlərini qoyan müştərilərin qoyduqları bütün əmanətlər tam olaraq sığortalıdır və hər hansısa proses baş versə müştərilərə Əmanətlərin Sığortası Fondu tərəfindən kompensasiyalar tam olaraq ödəniləcək. 3 il müddəti bitdikdən sonra isə banklara qoyulan əmanətlərin 30.000 manatınadək olan hissəsi sığortalanacaq. Azərbaycan Respublikasının Qanunun 26.1 ci maddəsinə əsasan banklara qoyulan əmanətlərin 30.000 manatınadək olan hissəsi sığortalanır və hər hansısa proses baş versə müştərilərə kompensasiyalar ödənilir. Həmin kompensasiyaların ödənilməsi isə Əmanətlərin Sığortalanması Fondu tərəfindən yerinə yetirilir. Respublikamızda hal-hazırda müştərilərin banklara qoyduqları əmanətlər səmərəli sığortalandığı üçün asanlıqla və təhlükəsiz olaraq müştərilər banklara əmanətlərini qoya bilərlər.
Cədvəl 2.10Regionlar üzrə cəlb edilmiş əmanətlər(mln manat)( 01.03.2019)