Bankların aktiv,passiv və vasitəçilik əməliyyatları və onların təhlili



Yüklə 311,99 Kb.
səhifə27/28
tarix09.12.2023
ölçüsü311,99 Kb.
#138609
1   ...   20   21   22   23   24   25   26   27   28
brahimov-Mehman

Nəticə və təkliflər.
Kommersiya bankları aktiv, passiv və vasitəçilik əməliyyatları ilə ölkənin inkişafında ən vacib rollardan birinə malikdir. Buna görə də bankların əməliyyatlarının təkmilləşdirilməsi çox vacib məsələlərdən biri olaraq qalır. İqtisadiyyatın davamlı olaraq inkişaf etməsi üçün banklara böyük bir ehtiyac vardır çünki, banklar daim müəssisələrə, təşkilatlara və digər subyektlərə aktiv, passiv və vasitəçilik əməliyyatları ilə xidmətlər göstərir. Kommersiya banklarının aktiv, passiv və vasitəçilik əməliyyatlarının inkişaf etdirilməsi sahəsində aparılan təhlillərin nəticəsində, problemlərin həll edilməsi üçün aşağıdakıları təklif edirəm.
1.Kommersiya bankları xarici valyuta ilə banka qoyulan depozitlərə daha az faiz dərəcələri verməsi son illərdə banklara xarici valyuta ilə qoyulan depozitlərin miqdarında azalma ilə müşahidə edilmişdir. Bu isə öz növbəsində bankların depozit ehtiyatlarının azalmasına gətirib çıxarır. Kommersiya bankları xarici valyuta ilə banka qoyulan depozitlərin faiz dərəcələrini artırsa daha çox valyuta ehtiyatı əldə edə bilər və əldə etdikləri valyutalar ilə daha çox investisiyalar edib gəlir əldə etmə imkanı qazana bilərlər.
2.Hal-hazırda ölkəmizdə fəaliyyət göstərən kommersiya banklarının öz müştərilərinə verdikləri uzunmüddətli kreditlərin miqdarı qısamüddətli kreditlərin miqdarından daha çoxdur. Kommersiya banklarının uzunmüddətli kreditlərini miqdarının qısamüddətli kreditlərdən daha çox olması bankın riskli əməliyyatlarının yüksək səviyyədə olmasını göstərir. Çünki uzunmüddətli kreditlərin miqdarı artdıqca banklara qaytarılmayan borcların məbləğində də artım olur. Buna görə də bankalar müştərilərinə verdikləri uzunmüddətli kreditlərin azaldılması və qısamüddətli kreditlərlə əvəz edilməsi üçün tədbirlər görməlidirlər.
3. Ölkəmizdə fəaliyyət göstərən bankların gəlir mənbələri əsas hissəsini müştərilərinə verdikləri kreditlər hesabına formalaşır və bu isə bankların fəaliyyəti üçün səmərəli hesab edilmir. Ona görə də təklif edirəm ki banklar gəlir mənbələrini tək müştərilərinə verdikləri kreditlərlə məhdudlaşdırmamalı və qiymətli kağızlar bazarında əməliyyatlar həyata keçirməli, müştərilərinə bir sıra xidmətlər göstərərək gəlir əldə etməlidirlər.
4. Kommersiya bankları müştərilərinə göstərdikləri xidmətlərin sayını artırmalıdırlar, çünki vasitəçilik əməliyyatları olaraq kommersiya banklarımız yalnız lizinq, faktorinq və trast əməliyyatları ilə müştərilərinə xidmət göstərirlər. Bu vasitəçilik əməliyyatları içərisində ən çox yayılan isə lizinq əməliyyatıdır, çünki bankların digər vasitəçilik əməliyyatları haqqında daha az məlumata malik olan əhali tərəfindən bu xidmətlər çox az istifadə edilir. Ona görə də təklif edirəm ki, kommersiya bankları vasitəçilik əməliyyatlarını daha çox istifadə edilməsi və daha çox müştəriyə xidmət göstərməsi üçün reklam tədbirləri həyata keçirsinlər.
5.Hal-hazırda ölkəmizdə fəaliyyət göstərən kommersiya banklarının öz müştərilərinə verdikləri kreditlərin faizlərinin yüksək olması kredit almaq istəyən müştəriləri çox narahat edir və bəzən bu xidmətdən faydalanmaq istəmirlər. Ona görə də təklif edirəm ki kommersiya bankları müştəritərilərinə təklif etdikləri kredit faiz dərəcələrini aşağı səviyyədə təyin etsə daha çox müştəriyə xidmət göstərə və daha çox gəlir əldə edə bilərlər.


Yüklə 311,99 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin