21
ölçülərindən və s. asılıdır. Bundan əlavə, lokal şəbəkənin topologiyasını seçərkən,
qiymət, etibarlılıq və s. kimi vacib göstəricilərə də diqqət edilməlidir.
Şəbəkə qurarkən bir kompüteri digər bir kompüterə bağlayarkən HUB,
Switch, Router(marşrutlasdırıcı) kimi köməkşi vasitələrdən istifadə olunur. Şəbəkələr
kompüterlərin kabellər vasitəsilə əlaqələndirildiyi naqilli(wired) və kabellərin istifadə
olunmadığı naqilsiz(wireless) tiplərə uyğun olaraq iki cür təsnifləşdirilir.
Lokal şəbəkələrdə istifadə olunan kabellər
İKŞ-nin qurulması zamanı miixtəlif şəbəkə topologiyalarmdan istifadə edilir.
Şəbəkələrin hər biri özünə məxsus topologiyaya və düyün nöqtələrinə malik olur.
Şəbəkədə verilənlərin ötürülmə üsulları və müraciət növləri əslində bu məsəslələrlə
bilavasitə əlaqədardır. İKŞ qurularkən tətbiq edilən topologiyadan və uyğun şəbəkə
avadanlıqlarından asılı olmaqla kompüterlərin birləşdirilməsi üçün müxtəlif növ
naqillərdən, kabellərdən və qurğulardan istifadə edilir.
İKŞ-də kompüterlər cox vaxt kabellər vasitəsilə əlaqələndirilir. Kabellər
kompüterlər arasında verilənlərin siqnallar formasmda ötürülməsini təşkil etməyə
imkan verir. Çəkilmə və istismar şərtlərindən asılı olaraq kabellər daxili və xarici
kabellərə ayrılırlar. Onlar isə öz növbəsində yeraltı, sualtı və hava ilə çəkilən
kabellərə ayrılırlar.Təcrübədə əsasən aşağıdakı tiplərə aid olan müxtəlif kabellərdən
istifadə edilir:
*
Qoşa naqilli kabellər
*
Koaksial kabellər
*
Optik kabellər
Dostları ilə paylaş: