55
informasiyanın əldə edilməsinə kömək edir. Belə portallar informasiyanı müxtəlif
mənbələrdən alaraq, istifadəçiyə vahid formada təqdim edir. Bəzən, bunları saytın
naviqasiyası da adlandırırlar.
Bir qayda olaraq, portallar axtarış funksiyasını yerinə yetirir, həmçinin
müxtəlif internet resurslarına daxil olmaq imkanını təqdim edir.(məsələn, e-poçta,
xəbər lentinə və s.).
Veb portallar konsepsiyası çoxsaylı istifadəçilərin bir yerdə toplanmaq üçün
maksimum sayda internet resurslarını təqdim edilməsidir.
İnformasiya texnologiyları sayəsində artıq hər hansı bir dövlət qurumuna
müraciət etmək üçün həmin ünvana getməyə, saatlarla növbə gözləməyə ehtiyac
qalmayıb. Vətəndaşa lazım olan məlumat və sənədlər hər kəs üçün açıq olan internet
şəbəkədə yerləşdirilir. Getdikcə məmurla vətəndaş arasında birbaşa təmas aradan
qalxır və elektron resurslar bu münasibətlərdə ən effektiv vasitəyə çevrilir.
Vətəndaşlar oturduqları yerdən lazım olan dövlət portalına müraciət edə bilərlər. Hər
bir dövlət portalının da öz funksiyası vardır.
Dostları ilə paylaş: