Baxış Leyla Habil qızı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə31/43
tarix14.09.2023
ölçüsü1,35 Mb.
#128968
1   ...   27   28   29   30   31   32   33   34   ...   43
BAXI-LEYLA

"Elektron hökumət" 
Elektron hökumət - dövlət qurumlarının vətəndaşlara və biznes qurumlarına 
informasiya-kommunikasiya 
texnologiyalarından 
istifadə 
etməklə 
xidmət 
göstərməsidir. Başlıca məqsəd dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin 
artırılması, operativliyin yüksəldilməsi və vətəndaşlarla, biznes qurumları ilə, 
həmçinin öz aralarındakı münasibətlərin daha asan, sadə və şəffaf formada həyata 
keçirilməsinə nail olmaqdır. Başqa sözlə, müasir dövrdə "elektron hökumət" 
idarəetmə sisteminin təkmilləşməsinin ən etibarlı üsüludur. «Elektron hökumət» 
şəffaflıq, dövlət büdcəsinin qorunması və korrupsiyaya qarşı ən effektiv mübarizə 
vasitəsidir.
 
[75]
 
 
 


56 
Hökumət Ödəniş Portalı 
Son illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən elektron 
ödəniş sistemlərinin yaradılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən 
ardıcıl və davamlı islahatların nəticəsində ən müasir texnologiya və proqram 
təminatlarına əsaslanan arxitekturaya malik olan Milli Ödəniş Sistemi (MÖS) 
infrastrukturu yaradılmışdır. Yaradılmış infrastrukturun əsas komponenti olan Real 
Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar Sistemi (AZIPS) 16 fevral 2001-ci 
il tarixində, Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) isə 2002-ci 
ilin sonlarında istifadəyə verilmişdir. Bu sistemlərin istismara verilməsi nəticəsində 
banklar arasında hesablaşmaların real rejimdə aparılmasına, pul dövriyyəsinin 
sürətinin nəzərəçarpacaq dərəcədə artmasına, eyni zamanda, kiçik həcmli və 
təkrarlanan xırda ödənişlərin elektron daşıyıcılar əsasında həyata keçirilməsinə, 
kommunal xidməti müəssisə və təşkilatlarının, böyük sayda xırda ödəniş 
əməliyyatları aparan hökumət qurumlarının MÖS infrastrukturuna inteqrasiyası üçün 
əlverişli zəmin yaradılmışdır.

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin