66
Geniş imkanlı informasiyalı cəmiyyətin yaranması insan sivilizasiyasının
gələcəyi üçün vacib addımdır. İKT-nin tədbiqi hər bir dövlətin sosial-iqtisadi
inkişafına kömək edir və yoxsulluğun azaldılması məsələsində effektiv rol oynayır.
Azərbaycanda informasiya cəmiyyətinin əsas xüsusiyyətləri qlobal informasiya
mühitinin meydana gəlməsi sosial-iqtisadi fəaliyyətin yeni formasıının(distant təhsil,
e-ticarət, e-hökumət, e-demokratiya və s.) yaranması informasiya və bilik bazaraının
forması,informasiya mübadiləsinin müxtəlif səviyyələrində inkişafı,istənilən
məlumatın yayılmasının təşkili və istehsal hüququnun təmin olunmasıdır.
Cəmiyyətin informasiyalaşdırması prosesi iqtisadiyyatın bütün sahələrində
məhsuladarlığın artırılması, qiymətlərin azaldılması, dövlət orqanlarında elektron
sənəd dövriyyəsinin tədbiqi, elektron ticarətin genişləndirilməsi, xidmətlərin
keyfiyyətini və məhsuldarlığını artırılmasına xidmət göstərir.
Müasir dünyada yeniliklər yalnız rəqəmsal texnologiya imkanları ilə bağlı
deyil, həm də onların əsasında yarananlarla əlaqəlidir. Məhz buna görə təsdiq etmək
olar ki, Azərbaycan iqtisadiyyatında rəqəmsallaşdırma onun strukturunun keyfiyyətli
istiqamətdə dəyişilməsinin və uzun müddətli imkanların platforması olacaq.
Dostları ilə paylaş: