67
təqdim edir. Lakin bu halda zəruri olaraq tənzimləmə və ya onun olmaması ilə
əlaqədar olaraq hüquqi xarakterli suallar ortaya çıxır. Məsələn, müəllif hüquqları,
konfidensial informasiya sanksiyalaşdırılmamış giriş və s.
Bu halda bir tərəfdən müvafiq qanunların qəbul edilməsi fəliyyəti ilə bağlı
dövlət müdaxiləsi, digər tərəfdən informasiya cəmiyyəti və onun azadlığ əsasını
sasıtmayan tədbirləri tədbiqi tələb olunur.
İnternetin qlobal xarakterli olmasını nəzərə alsaq bu problemlə yalnız
beynəlxalq əməkdaşlıq çərçivəsində və dövlətlərarası birliyin xüsusiyyətlərinin
ictimai marağının maksimum uyğunluğunu tələb edərərk həll etmək mümkündür.
Növbəti sual isə-informasiya cəmiyyətinin ayrı-ayrı səviyyələrinin qeyri-kafi
maliyyləşdirilməsidir. İlk növbədə söhbət İKT-nin infrastrukturu və onun inkişafına
yönələn ünvanlı proqramlar və layihələrdən gedir.
Regionda informasiya cəmiyyətinin qurulması məsələlərində İKT-nin inkişafı
üçün maliyyə həcmininin qənaətbəxş olması və İKT-nin inkişafı üzrə birgə
proyektlərin maliyyələşdirilməsi mexanizmlərinin olmaması MDB ölkələrinin
iqtisadiyyatının inkişafını məhdudlaşdırır. İlk növbədə maliyyə büdcəsinin
çatışmazlığı ilə əlaqələndirirlər bunu. Bu əlaqədə buu da qeyd etmək lazımdır ki, hal-
hazırda büdcələrin formalaşdırılmasında "bir xətt üzrə" heç də bütün MDB ölkələri
informasiya sahəsinin inkişafı üçün vəsait planlaşdırmır. Yaxın keçmişdə MDB
ölkələrinin əksəriyyətində İKT-nin infrastrukturunun maliyyələşdirilməsi dövlət
investisiyalarına əsaslanmışdır. Son illərdə güclü hüquqi və tənzimləyici çərçivə
vasitəsilə ictimai-özəl tərəfdaşlıq sxemləri həyata keçirilməsində özəl sektorun
iştirakını təşviq edən ölkələrdə əhəmiyyətli investisiya axını olmuşdur.
Dostları ilə paylaş: