Bəxtiyar Tuncay HƏZRƏt mehdi (Ə) VƏ MƏLHƏMƏ-İ KÜbra baki 2020


Şübhəsiz ki, Şeytanın, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur”



Yüklə 1,7 Mb.
səhifə17/97
tarix01.01.2022
ölçüsü1,7 Mb.
#103062
1   ...   13   14   15   16   17   18   19   20   ...   97
Şübhəsiz ki, Şeytanın, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur”. 

Əl-Müminun surəsinin 97-ci ayəsində oxuyuruq:

De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram!”.



Şeytan barədə məlumata Əl-Ənfal surəsində də rast gəlməkdəyik. Həmin surənin 11-ci ayəsi də Şeytandan qorunmağın tək yolunun Allaha sığınmaq olduğunu təsdiqləməkdədir:

O zaman (Allah) Öz tərəfindən bir təskinlik olsun deyə, sizə yüngül bir mürgü göndərmiş, göydən sizin üzərinizə yağmur endirmişdi ki, onunla sizi təmizləsin, şeytanın vəsvəsəsini sizdən uzaq etsin, qəlbinizi möhkəmləndirsin və onunla qədəmlərinizi sabit etsin”.

Bu faktın üzərində diqqətlə durmalıyıq. Deməli, insan Allaha sığındıqca, onun Şeytana qul olması mümkün deyil. Madam ki, Şeytan insanları özünə qul etməyə çalışır və Allaha olan iman və inam ona bunda mene olur, həmin iman və inamı zəiflətmək, hətta mümkün olarsa, imanı qəlblərdən tamamilə silmək lazımdır. Buna isə ateizmi qəlblərə və zehinlərlə yerləşdirməklə nail olmaq mümkündür.

Dəqiq bilməliyik ki, ateizm İblisin əlindəki əsas silahlardan biridir.

Allahın, eləcə də mələk, ruh, cin və s. bu kimi varlıqların varlığını inkar edən, Axirət həyatını rədd edən bu təlim öz adını qədim yunan dilindəki “a” inkar şəkilçisi və Tanrı anlamına gələn “teo” sözünün birləşməsindən almaqdadır.

2015-ci ildə keçirilən rəy sorğularından belə aydın olur ki, dünyada ən çox ateist Çin, Avropa Birliyi və ABŞ-da yaşayır. Çin əhalisinin 64 faizi, Avropa Birliyində yaşayanların 20 faizi, Amerikalıların isə 11 faizi özünü ateist kimi xarakterizə edir.

Ateizm təlimini müdafiə edən filososflar bunun səbəbini müxtəlif cür izah edirlər. Məsələn, Pol Anri Holbax yazırdı: "Hər uşaq ateist olaraq doğular: onların Tanrı haqqında fikirləri yoxdur".

Eyni şəkildə, Corc H. Smith 1979-cu ildə belə demişdir: "Teizm ilə tanış olmayan adam, bir Tanrıya inanmadığı üçün ateistdir. Bu kateqoriyada olanlar, həm də bu məsələləri başa düşmək üçün konseptual qabiliyyəti olan, lakin bu məsələlərdən hələ xəbərsiz olan uşaqları da əhatə edir. Bu uşağın Tanrıya inanmaması onu ateist olaraq təyin edir".

Heç şübhəsiz ki, ateistlər və ya başqa sözlə ifadə etsək, kafirlər Şeytanın dostlarıdır. Şeytan onların üzərinə sövq edilmişdir və bunun belə olduğunu Məryəm surəsinin 83-cü ayəsi təsdiqləməkdədir:

Məgər kafirlərin üstünə onları (günaha) sövq edən şeytanları göndərdiyimizi görmürsənmi?”



Eyni surənin 68-ci ayəsində onların aqibəti haqqında belə deyilməkdədir:

Rəbbinə and olsun ki, Biz onları şeytanlarla birlikdə bir yerə toplayacaq, sonra da onları diz üstə çökmüş halda Cəhənnəmin ətrafına yerləşdirəcəyik”.



İblis insanların qəlbinə və zehninə satanizm və ateizm kimi fikirləri təlqin etsə də, onları Allahdan uzaqlaşdırmağa çalışsa da, Əl-Ənfal surəsinin 48-ci ayəsindən göründüyü kimi, özü Allaha inanır və hətta ondan qorxur da. Həmin ayədə oxuyuruq:

O zaman şeytan onların əməllərini özlərinə gözəl­ göstərib: “Bu gün insanlardan heç kəs sizə qalib gələ bilməz. Axı mən sizə (yardım edən bir) qonşuyam!”– demişdi, iki dəstə bir-birini gördükdə isə geri çəkilib: “Mən sizdən uzağam. Mən sizin görmədiklərinizi görürəm. Mən Allahdan qorxuram. Çünki Allah şiddətli cəza verəndir!”– demişdi”.

Gördüyümüz kimi, Şeytan Allahdan qorxduğunu, Allahın cəzasının şiddətli olduğunu bilir və etiraf edir.

Bu ayədə diqqəti çəkən başqa bir məqam da Şeytanın insanlar arasına ədavət toxumu səpməsi, bir-birinə düşmən etməsi, savaşdırması və bir-birini qətl etməyə təşviq etməsidir. Onun bir-birinə düşmən etdiyi ilk insanların Həzrət Adəmin oğulları – Qabillə Habil olduqlarını bilirik.

İnanmaq çətin olsa da, əldə olan məlumatlara görə İblis Qabillə Habil arasında düşmənşilik toxumu səpməklə kifayətlənməmiş və hələ Eneolit, yəni Mis-Daş dövründə, başqa sözlə, təqribən 7 min il öncə Adəmin (ə) oğlanlarından birinin soyunun başqa bir oğlunun soyu tərəfindən başdan-başa qətlini təşkil etməyi bacarmışdır. Bu o qədər maraqlı mövzudur ki, onun üzərində bir qədər ətraflı durmağımız vacibdir.

Hədislərin birində Həzrət Adəmlə (ə) Həvvanın 20 oğlu və 20 qızı, başqa birisində isə 40 oğlu və 40 qızı olduğu söylənilir. Genetika elmi bu hədislərdən birincisinin doğru olduğunu təsdiqləməkdədir. Belə ki, genetiklərin müəyyən etdiklərinə görə, yer üzündəki insanların hamısı irqindən və danışdığı dildən asılı olmayaraq, 20 kök nəsildən budaqlanmışlar. Alimlər həmin kök nəsilləri haploqrup adlandıraraq şərti olaraq, latın əlifbasının A-dan T-yə ilk 20 həfi ilə işarələmişlər. Bu 20 kök nəslin budaqları isə elmi ədəbiyyatda haplotip adlanmaqdadır və onlar kök nəsilləri işarələyən hərflərin arxasına müxtəlif rəqəm və hərflər artırılmaqla işarələnirlər. Bu minvalla istənilən adam genetik analizlərdən keçərək, özünün 10-15 min il öncəki nəsil ağacını müəyyən edə bilər.

Sevimli oxucularımızda dəqiq təsəvvür yaransın deyə, qeyd etməliyik ki, elmi ədəbiyyatda fərqli məktəblər tərəfindən «DNT geneologiya» və ya «Genetik geneologiya» adlandırılan elm sahəsi əslində geneologiya elminin bir istiqaməti kimi yaranıb. Hazırda onu müstəqil elm sahəsi kimi nəzərdən keçirənlər daha çoxdur. Bu sahə və ya istiqamət ənənvi geneoloji metodlarla yanaşı DNT analizlərinin nəticələrindən istifadə etməklə, insanların və ya insan topluluqlarının qədim əcdadlarını və yaxın qohumlarını müəyyənləşdirməklə məşğuldur. Bu zaman irsiyyəti təmin və təyin edən Y və X xromosomlarının tədqiqinə diqqət yetirilir. Amma ulu əcdadların üzə çıxarılması və nəsil ağacının rekonstruksiyası məqsədilə daha çox Y-xromosomların tədqiqi əsas götürülür. Niyə məhz Y-xromosomlar? Məlum olduğu kimi irsiyyətin müəyyən edilməsinin əsasını təşkil edən və tərkibi dezoksoribonuklein turşusundan (DNT) ibarət olan cinsi xromosomlar iki tipə bölünürlər: Y və X xromosomları. Hər adamda iki xromosom var. Bunlardan biri ona atasından, digəri isə anasından keçir. Qadınlar həm atadan, həm də anadan X – xromosomunu qəbul edir və bu üzdən də onlarda eyni tipli iki X – xromosomu (XX) olur. Kişilər isə analarından X, atalarından isə Y- xromosomunu qəbul edir və iki fərqli tipli xromosoma (XY) sahib olurlar. Y-xromosomu atadan oğula keçdiyi və minillər ərzində dəyişmədiyi üçün nəsil ağacını yalnız onun vasitəsilə izləmək mükündür. X-xromosomu əsasında isə bunu etmək mümkün deyil. Çünki X-xromosomu anadan keçdiyi kimi atadan da keçə bilir və bu zaman qarışıqlıq əmələ gəlir və şəcərə ağacını dəqiq rekonstruksiya etmək mümkün olmur. Bununla belə, ana xromosomlarında olan mitoxondriayalar də qədim əcdadlar haqqında müəyyən məlumat əldə etməyə imkan verir.

Əldə olan məlumatlara görə, monqoıoid irqinə mənsub olan millətlərin böyük əksəriyyəti, o cümlədən Çinlilər, monqollar, eləcə də Türk dillərindən birində danışan qazaxların yarıdan çoxu C haploqrupuna aiddirlər. Fin-uqor dillərində danışan xalqların əksəriyyəti, eləcə də türkdilli yakutların əksəriyyəti, türkdilli çuvaşların 35 faizə yaxını, slavyandilli rusların 13-14 faizi N1 haploqrupunun daşıyıcısıdırlar. Arxeoloq və genetiklərin birgə tədqiqatları nəticəsində məlum olub ki, Avropanın qədim əhalisi G haploqrupuna aid idilər. Eneolit dövründə Adəm övladları içərisində metaldan ilk istifadə etməyi öyrənən, atı əhliləşdirən və təkəri kəşf edərək arabalar düzəldən R1a və R1b nəslinin nümayəndələri Anadoludan Avropaya axın edərək, G nəslinin bütün kişilərini məhv etmiş, onların arvad, bacı və qızları ilə evlənərək yeni millətlərin törəməsinə səbəb olmuşlar. Onların nəsilləri ulu babalarının sahib olduqları R1a və R1b genlərini daşısalar da, bu gün də ulu nənələrinin dillərində, yəni hind-Avropa dillərində danışırlar.

Avropada məhvə uğramış G nəslindən xilas olan və qadınlarını da xilas etməyi bacarmış kişilər Qafqaza qaçıb burada doğub-törəmişlər. Onların davamı olan osetinlər Avropanın əski dilini qoruyub saxlaya bilmirşlər. Osetin dili də hind-Avropa dilləri ailəsinə aiddir.

G nəslinin öz qadınlarını atıb qaçan və Qafqaza sığınan kişiləri burada Qafqazlı qızlarla evlənmiş və artıb törəmişlər. Bunlar abxazlar, adıgeylər, kabardin və çərkəzlərdir. Gürcülərin də 30 faizi onların nəslindədir. Onlar da osetinlər kimi G haploqrupuna sahibdirlər, lakin ulu nənənlərinin dillərində, yəni İber-Qafqaz dillərində danışırlar.

Beləliklə, Eneolit dövründə yüzminlərlə insanın ölümü ilə nəticələnən böyük müharibə olmuş və Həzrət Adəmin (ə) oğullarından birinin nəsli (R1a və R1b) başqa oğlunun nəslini (G) məhv etmişlər. Əsas səbəb də ədavətdir. Ədavət tarixən mövcud olmuş bütün qətl və müharibələrin əsas səbəbidir. Təsadüfi deyil ki, Allah-Təala Quranın Əl-İsra surəsinin 53-cü ayəsində Peyğəmbərə (ə) belə əmr etmişdir:

Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir”.

Eyni surənin 64-cü ayəsində müharibələrin əsil səbəbkarının Şeytan olduğu söylənilməkdədir:

Onlardan gücün çatdığı kimsələri səsinlə (günah)a təhrik et, atlı və piyadanı onların üstünə yerit, mallarına və övladlarına şərik ol, onlara vədlər ver. Şübhəsiz ki, şeytan onlara ancaq yalan vədlər verər”.

Beləliklə, İblisin Adəm (ə) oğullarına vurduğu ziyan biz düşünə biləcəyimizdən qat-qat çoxdur və bugünə qədər baş vermiş və verməkdə olan, milyonlarla insanın məhvinə səbəb olmuş və olan bütün qanlı müharibələrin arxasında, əlbəttə ki, Şeytan durmaqdadır. İnsanlar arsında ədavət toxumunu səpən, bir-birinə düşmən edən də odur. Elə bu səbəbdən də bütün peyğəmbərlər ümmətlərini bu barədə xəbərdar etməyi özlərinə borc bilmişlər.

Bütün bu deyilənlər barədə düşünərkən, istər-istəməz, Həzrət Yaqubun (ə) oğlu Yusifə verdiyi nəsihət yada düşür. Bu barədə Qurani-Kərimin Yusif surəsinin 4 və 5-ci ayələrində belə deyilməkdədir:

Bir zaman Yusuf atasına dedi: “Atacan! Mən (yuxuda) on bir ulduz, günəş və ay gördüm. Onların mənə baş əydiyini də gördüm”.




Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin