Bəxtiyar Tuncay HƏZRƏt mehdi (Ə) VƏ MƏLHƏMƏ-İ KÜbra baki 2020


"...Orada xaç əhlindən bir adam, xaçı yuxarı qaldıraraq “xaç qalib gəldi” deyəcək, Müsəlmanlardan bir adam da əsəbiləşərək, o adamı öldürəcəkdir. Bax, o zaman Rumlar



Yüklə 1,7 Mb.
səhifə65/97
tarix01.01.2022
ölçüsü1,7 Mb.
#103062
1   ...   61   62   63   64   65   66   67   68   ...   97
"...Orada xaç əhlindən bir adam, xaçı yuxarı qaldıraraq “xaç qalib gəldi” deyəcək, Müsəlmanlardan bir adam da əsəbiləşərək, o adamı öldürəcəkdir. Bax, o zaman Rumlar (ruslar) aranızdaki barışı pozaraq sizinlə (müsəlmanlarla) böyük bir savaş yapmaq üçün toplanacaqlar" (Müsnəd, 16826).

Ələ keçirilən həmin bölgələrdən Şərqi Quta üzərində xüsusi durmamız lazımdır. Çünki sevimli Peyğəmbərimiz (s) həmin bölgədə baş verəcək savaş barədə də öncədən xəbər vermişdi:



"Böyük savaş günündə müsəlmanların çadırı (komanda qərargahı) Şamın (Suriyanın) ən xeyirli şəhərlərindən olan Dəməşq adındakı şəhər tərəfindəki Qutada olacaqdır'' (Müsnəd, 21725; Əbu Davud, 4298).

Dəməşqin mərkəzindən 10 km şərqdə yerləşən Qutada, Əsəd rejimi, rus və fars faşistləri onu yerlə bir etməmişdən və əhalisini köçə zorlamamışdan öncə, yarısı uşaq olmaqla, 400 min əhali yaşamaqda idi. Müxalifətin əsas istinad nöqtələrindən biri hesab edilirdi. Oranın xalqı təqribən 6-7 il idi ki, rejim qüvvələri tərəfindən mühasirəyə alınmış və digər bölgələrdən təcrid edilmiş vəziyyətdə yaşayır, dirənməkdə davam edirdi. Bəşər Əsədin dinc əhaliyə qarşı 2013-cü ildə kimyəvi silah işlətməsi və tətbiq edilən sarin qazından 1729 nəfər mülki şəxsin həyatını itirməsi də onu yıprada bilməmişdi.

Əsəd və İran gücləri, Rusyanın havadan dəstəyi ilə müxaliflərin nəzarəti altındakı Şərqi Qutanı ələ keçirmək üçün 19 fevral 2018-ci il tarixində hərəkətə keçmişdi. Həmin tarixdən etibarən rejim, İrana bağlı şiə qruplaşmalar və Rusiyanın savaş təyyarələri 400 min mülki əhalinin yaşadığı bölgəyə havadan və yerdən təşkil etdikləri hücumları artırdılar. Hücum nəticəsində onminlərlə insan evsiz-eşiksiz qaldı, minlərlə insan qətlə yetirildi və ya şikəst edildi. Minlərlə uşaq yetim qaldı.

BMT Təhlükəsizlik Şurasının 24 fevralda aldığı atəşkəs qərarına rəğmən rejim və dəstəkçilərinin intensiv hücumlarına məruz qalan Şərqi Qutada mülki əhali arasında ölümləri dəvam etmiş, beynəlxalq müşahidəçilərin sülhə nail olmaq barədə təşəbbüsləri nəticə verməmişdi.

3 martdan etibarən bölgəyə quru əməliyyatı başladılmış və mülki obyektlər, o cümlədən evlər, məktəb və xəstəxanalar bombalamanmağa davam etmişdi. Əsədə və İrana bağlı ələvi və şiə hərbi birləşmələr martın 11-12 – də qəsəbənin şərqindən qərbinə doğru irəliləyərək Haresta qəsəbəsini də mühasirəyə almış və Şərqi Quta bölgəsini 3 parçaya bölmüşdü.

Nəhayət, yayda başdan-başa xarabazara çevrilən Hüms, Hama və Quta əhalisi, eləcə də silahlı müxalifətin döyüşçüləri Türkiyənin yardımı ilə İdlib bölgəsinə sövq edilə bildilər. Bu barbarlıq aksiyasından sonra yüzminlərlə Suriyalı Türkiyəyə pənah gətirmək məcburiyyətində qaldı və Türkiyədəki Suriyalı mültəcelərin sayı 3 milyonu keçdi.

İllər ərzində Qutanı və xalqını qaniçən rejimdən və dəstəkçiləri Rusiya və İrandan müdafiə müdafiə edən əsas qüvvə Ceyş ül-İslam (İslam Ordusu) təşkilatı olmuşdur.

Peyğəmbərimizin (s) 1400 il öncə müjdələlədiyi və haqqında öygü ilə bəhs etdiyi sözügedən qurum 2013-cü ildə bir neçə xırda İslami təşkilatın birləşməsi ilə yaradılıb. 2018-ci ilə qədər Şərqi Qutada ən güclü silahlı qruplaşma olan Ceyş ül-İslamın qərargahı Dumada yerləşirdi. Təşkilat Bəşər Əsəd rejimi, Rusiya və İran tərəfindən terrorist qruplaşmalar siyahısına daxil edilsə də, nə BMT, nə də digər ölkələr onu terrorçu təşkilat kimi tanımır və Rusiyanın 2016-cı ildə onu BMT-nin terrorçu təşkilatlar siyahısına saldırması cəhdi BMT tərəfindən rədd edilmişdir.

Hazırda Hələb vilayətinin Azad Suriya Ordusunun nəzarətində olan şimal hissəsində fəaliyyət göstərir. Onun dəfələrlə terrorizmə qarşı bəyanatlar verdiyi bilinməkdədir.

Ceyş ül-İslamın qurucusu və ilk başçısı Mühəmməd Zəhran Alluşdur. Tanınmış din xadimi Abdullah Mühəmməd Alluşun oğıu olan Mühəmməd Zəhran Alluş 1970-ci ildə doğulub, öncə Dəməşqdəki Şəriət Universitetində, daha sonra isə Mədinədəki İslam Universitetinin Şəriətşünaslıq fakultəsində təhsil alıb. Magistr dərəcəsi alıb. 2011-ci ildə Liva əl-İslam (İslam briqadası) adlı təşkilat qurub, sonra bu təşkilatın digər təşkilatlarla birləşdirilməsi ilə Ceyş ül-İslam təşkilatını yaradıb. 2015-ci ilin 25 dekabrında rusların atdığı raket zərbəsi nəticəsində şəhid olub. Qardaşı Mühəmməd Alluş təşkilatı 2017-ci ildə Astana görüşündə təmsil edib.

Mühəmməd Zəhran Alluşun şəhid olmasından sonra təşkilata İssam əl-Buvaydani başçılıq edir.

Qeyd edək ki, Ceyş ül-İslamın ən yadda qalan hərbi aksiyası Suriyanın müdafiə naziri Davud Racih və müavini Asəf Şövkətin məhv edilməsi ilə nəticələn aksiyadır.

Suriya savaşının, başqa sözlə, Məlhəmə-i Kübranın sonrakı xronologiyası aşağıdakı kimidir:

17sentyabr (2018). Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan İdlib ətrafında yaranmış gərginliyi aradan qaldırmaq üçün Soçidə bir araya gələrək İdlibdə silahlardan arındırılmış bir bölgə qurulması barədə anlaşma əldə etdilər. Razılaşmaya əsasən 15-20 kilometr derinliyində və 250 kilometr uzunluğundaki silahsızlandırma bölgəsi yaratmaq qərara alındı və bu yolla Türkiyə prezidenti Rusiya, İran və Əsəd rejiminin müsəlmanları son sığınacaq yerləri olan İdlibdən də təmizləmək planının həyata keçməsini əngəlləməyə nail oldu.



Razılaşma aşağıdakı müddəaları əhatə etməkdə idi:

  1. İdlib gərginliyi azaltma bölgəsi qorunacaq. Türkiyənin müşahidə nöqtələri güçləndiriləcək.

  2. Rusiya İdlibdə hərbi əməliyyat və hücumlardan qaçınılması üçün gərəkli tədbirlər alacaq və mövcus status-kvo qorunacaq.

  3. Silahsızlaşdırma bölgəsi yaradılacaq və bölgə 15 - 20 km olacaq.

  4. Silahsızlaşdırma bölgəsinin sınırları sahədəki çalışmalarla müəyyən ediləcək.

  5. Bütün radikal qruplar silahsızlaşdırma bölgəsindən 15 oktyabra qədər çıxarılacaq.

  6. Qarşıdurma tərəflərinə aid bütün tanklar, çoxlüləli raketatanlar, toplar ve minaatanlar da daxil olmaqla, ağır silahlar 10 oktyabrda İdlibdəki silahsızlaşdırma bölgəsinden çəkiləcək.

  7. Silahsızlaşdırma bölgələrindəki monitorinqlər türk və rus əskərləri tərəfindən həyata keçiriləcək. Monitorinqlər insansız hava araçlarıyla havadan da gerçəkləşdiriləcək.

  8. M4 - M5 avtomobil yolu təhlükəsizliyi ilin sonuna qədər təmin ediləcək və nəqliyyata açılacaq.

  9. İdlibdə sürdürüləcək atəşkəs rejiminin təmin edilə bilməsi üçün təsirli tədbirlər alınacaq. İran, Türkiyə, Rusya ortaq koordinasiya mərkəzi təşkil ediləcək.

Razılaşmaya əsasən, İdlibdə fəaliyət göstərən ve başında Həyat Təhrir əş-Şamın durduğu təşkilatların, təşkil ediləcək silahsızlaşdırma bölgəsini tərk etmələri, ağır silahların da 15 oktyabra qədər geri çəkilməsi öngörülməkdə idi.

18 sentyabr. Gecə İsrailə aid dörd F-16 təyyarəsi rejimin Latakiya ərazisindəki mövqelərinə zərbələr endirdi. Bu zərbələri Rusiya istehsalı S-200 zenit-raket kompleksi vasitəsilə zərərsizləşdirmək istəyən Əsəd rejiminin əskərləri həmin sırada Xmeymin hərbi bazasına enməyə çalışan, içində rus generallarının və yüksək rütbəli zabitlərinin olduğu, Suriya ordusu üçün hərbi-tezniki ləvazimat gətirən Rusiyaya aid İl-20M yük təyyarəsini vurdular.

25 sentyabr. Xmeymin bazasına iki İl-76 hərbi yük təyyarəsi vasitəsilə çoxfunksiyalı “Krasuxa-4” tipli dalğaqarışdırıcı avadanlıqlar gətirildi.

3 oktyabr. Rusiyanın müdafiə naziri Sergey Şoyqu Təhlükəsizlik Şurasını Suriyaya S-300 zenit-raket komplekslərinin çatdırıldığı barədə məlumatlandırdı.

19 noyabr. Əsəd rejiminin “baş hərbi qərargahı” İŞİD-ə qarşı Əs-Səfa vulkanik yaylasında aparılan çoxhəftəlik əməliyyatların bitdiyini bəyan etdi.

28-29 noyabr. Astana formatında 11-ci görüş keçirildi. Tərəflər Türkiyənin israr və təkidi ilə Suriyanın Fəratdan şərqdəki bütün ərazilərdə soyqırıma və təmizləmələrə məruz qalmış dinc müsəlman əhalinin ən son sığınacaq yeri olan İdlib bölgəsində gərginliyin azaldılması barədə Memorandum imzaladılar.

19 dekabr. ABŞ öz qoşunlarını Suriyadan çəkməyə hazırlaşdığını bildirdi. Prezident Tramp bunu İŞİD-in tamamilə məhv edilməsi ilə əlaqələndirdi.

28 dekabr. Əsədə bağlı hərbi birləşmələr ABŞ və Rusiyanın gizli razılığı əsasında Türkiyənin önünü kəsmək məqsədilə Münbicə daxil oldular.

2019-cu ilin yanvarında YPG (PYD) Münbicdən çıxdığını bəyan etdi, gerçəkdə isə kürd terrorçuları öz səhra geyimlərini Suriya ordusunun uniformaları, sarı bayraqlarını da Suriya bayraqları ilə əvəz etdilər.

23 yanvar (2019). Moskvada Rusiya və Türkiyə prezidentlərinin İdlibdəki vəziyyətlə bağlı görüşü oldu. Tərflər fevralda Suriyadakı vəziyyəti müzakirə etmək üçün Soçidə Rusiya-Türkiyə-İran sammitinin keçirilməsinə qərar verdilər.

14 fevral. Soçidə Rusiya, Türkiyə, İran sammiti keçirildi. Tərəflər Suriyanın ərazi bütövlüyünə tərəfdar olduqlarını növbəti dəfə təkrarladılar.

25-26 aprel. Astana formatında 12-ci görüş keçirildi.

1-2 avqust. Astana formatında 13-cü görüş keçirildi.

7 avqust. Müxalifət Hamanın şimalında itirilmiş mövqelərini ələ keçirmək üçün İdlib sərhəddi istiqamətində hücuma keçdi. Məqsəd İdlibin cənubunda, Xan Şeyhunda möhkəmlənmiş Ən-Nüsra Cəbhəsi və Ceyş əl-İzzə ilə quru əlaqəsi yarada bilmək, Hama ilə Hələbi birləşdirən M5 avtomobil yolunun daha bir hissəsini nəzarət altına almaq idi. Əsəd rejimi rusların havadan və İrana bağlı şiə qruplaşmalarının yerdən verdikləri dəstəklə hücumun qarşısını, çətinliklə də olsa, ala bildilər. Hər iki tərəf böyük itkilər verdi.

10-11 avqust. Əsəd rejimi hücum nəticəsində müxalifətin azad edə bildiyi Əl-Hübeyt Sükeyk yaşayış məntəqələrini geri aldı.

19 avqust. Suriya nişanlı rus təyyarələri dinc əhalini qorumaq üçün Xan-Şeyhun istiqamətinə hərəkət edən Türkiyə zirehli maşınlarını bombaladı və yolunu kəsdi. İrana bağlı şiə qruplaşmaların yerdən verdiyi dəstəklə rejim gücləri Türkiyənin 9№-li müşahidə postunu mühasirəyə aldılar və Xan-Şeyhun istiqamətində irəliləməyə başladılar. Rus təyyarələri digər şəhərlər kimi bu şəhəri də bombardıman edərək xarabazarlığa çevirdi. Çox sayda mülki əhali məhv edildi. Müxalifət sağ qalan dinc əhalinin İdlibin içlərinə doğru qaça və canını qurtara bilməsi üçün, çətinliklə də olsa, şərait yaratmağı bacardı. Düşmənlə savaşa-savaşa geri cəkilməyə məcbur oldu. Dağılmış şəhərə daxil olan İran və rejim gücləri hər yerdə etdiklərini təkrar etdilər, yaralanan və şəhəri tərk edə bilməyən müsəlmanları işkəncə verərək öldürdülər.

23 avqust. Rejim Hama vilayətini və İdlibin Xan-Şeyhun şəhərini bütünlüklə ələ keçirdiyini bəyan etdi.

Rusiya və İranın əldə edilmiş razılıqları pozması, gərginliyi azaltma bölgələrini işğal etməsi və ələ keçirilən bölgələrdə etnik və məzhəbi təmizləmə aparılması Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanı təcili Moskvaya getməyə məcbur etdi.

Vəziyyət ABŞ-ın nəzarəti altında olan ərazilərdə, yəni Fəratın şərqində də ürək açan deyildi. Orada da kürd terrorçuları ABŞ-ın dəstəyi ilə ərəb və türkmənlərdən, eləcə də müsəlman kürdlərdən təmizlədikləri bölgədə “kürd dövləti” qurmağın hazırlıqları içində idilər.

27 avqust. Moskvada Türkiyə və Rusiya prezidentləri arasında görüş keçirildi. Türkiyə Rusiya və İranın hücumlarını müvəqqəti də olsa, dayandırmağa və Fəratın cənubunda əməliyyat keçirmək üçün vaxt qazanmağa nail oldu.

30 avqust. Putin 31 avqust 2019 tarixndən, səhər saat 6.00-dan etibarən atəşkəs elan ediləcəyini bəyan etdi.

31 avqust. İdlibdə müvəqqəti atəşkəs elan edildi. Həmin gün ABŞ hərbi hava qüvvələri İdlibə, Hürras əd-Din təşkilatının qərargahının olduğu yerə roket zərbələri endirdi.

9 oktyabr. Türkiyə ABŞ-ın israrına rəğmən Fəratın Şərqində ABŞ-ın silahlandırdığı YPG (PYD) terrorçularına qarşı “Barış pinarı” hərəkatına başladı. ABŞ öz hərbi birliklərini, iki NATO ölkəsi qarşı-qarşıya gəlməsin deyə, bütün Türkiyə-Suriya sərhəddi boyu 30-35 km cənuba çəkməyə məcbur oldu.

Hərəkatın əsil səbəbi YPG(PYD)-nin Türkiyə sərhəddində qurmağa hazırlaşdığı qondarma “dövlət”in qarşısını almaq və M4 avtomobil yolunu nəzarət altına götürmək və gələcəkdə Türkiyədə bulunan 4 milyon Suriyalı qaçqını terrorçulardan azad ediləcək torpaqlarda məskunlaşdıra bilmək idi.

Əməliyyat Türkiyənin hava qüvvələrinə bağlı uçaqların hava zərbələri və Suriyanın Tel-Abyad,  Rəsuleyn, Ayn İssa və Qamışlı bölgələrini hədəfə alan top atışlarıyla başladı. Gün ərzində rejim tərəfindən Nusaybinə  altı roket atıldı və nəticədə üç mülki vətəndaş öldü. Rasuleyndə YPG (PYD)-nin nəzarəti altındakı bir bölgədən Ceylanpınara  2 mina atıldı. Şanlı Urfanın Ağçaqalə, Birəcik və Ceylanpınar elçələri ilə Mardinin Nusaybin elçəsindəki bəzi nöqtələrə gerçəkləşdirilən hücumlarda üç nəfər mülki şəxs hayatını itirdi, 46 nəfər də yaralandı. Günün sonunda Türkiyə Silahlı Qüvvələri əməliyyatın, Tel-Abyad da daxil olmaqla, üç nöqtədən yer mərhələsinin başladığını bəyan etdi.

YPG (PYD) Türkiyənin bombardımanda guya mülki əhalini hədəf aldığını iddia etdi, ABŞ da öz növbəsində əməliyyat sahəsində uçuşa yasaq zona qurmağa çalışdı. YPG (PYD) eyni zamanda, əməliyyata etiraz əlaməti olaraq, İŞİD-ə qarşı hücumlarını durduracağını bildirdi, Türkiyə ordusuna qarşı Rəsuleyndəki gizli hücrələrini hərəkətə keçirdiklərini bəyan etdi. 

Əməliyyatın başladığı 9 oktyabr günü ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğana  bir məktub göndərdi. Ənənvi diplomatik ifadələrdən fərqli bir üslubda yazılan və 16 oktyabr günü mediaya sızan və YPG (PYD)-nin baş komandiri kimi təqdim edilən Məzlum Kobaninin daha öncə Trampa göndərmiş olduğu məktubun da əlavə edildiyi həmin məktubun məzmunu belə idi:

Hörmətli Prezident!



Xeyirli bir razılaşmaya gələk! Minlərlə insanın qətl edilməsi məsuliyyətinin altına girmək istəməsəniz, mən də Türkiyə iqtisadiyyatını məhv etmək məsuliyyətini üzərimə götürmərəm – ki, bunu edərəm. Rahib Branson hadisəsində bunun kiçik nümunəsini göstərdim.

Bəzi problemlərinizi həll etmək üçün çox çalışdım. Dünyanı xəyal qırıqlığına uğratmayın. Xeyirli bir razlaşma həyata keçirə bilərsiniz. General Məzlum sizinlə müzakirə etmək və keçmişdə əsla gedə bilməyəcəkləri güzəştlərə getmək arzusundadır. Onun mənə yazdığı, mənim də yenicə aldığım məktubun surətini Sizə göndərirəm.

Bu məsələni doğru və humanistcəsinə həll etsəniz, tarix sizi xoş xatırlayar. Yaxşı işlər baş verməzsə, tarix sizi sonsuza qədər bir şeytan kimi xatırlayar. Sərt adam olmayın, axmaqlıq etməyin. Sizi daha sonra arayacağam...”

Məktuba münasibət bildirən bir hökumət sözçüsü “Məktub Ərdoğan tərəfindən oxunaraq zibilliyə atıldı” dedi. Bundan başqa, “Bu məktuba verilən ən konkret cavab bu gün saat 16.00-da Barış Pınarı Hərəkatının başlamasıdır” kimi bir açıqlama da verildi.

10 oktyabr. Səhər tezdən Türkiyə Silahlı Qüvvələri rəsmən YPG (PDY)-ə qarşı hücuma keçdiklərini, bu sırada 181 hədəfi vurduqlarını bildirdi. Türkiyə tərəfindən dəstəklənən 14 000 Azad Suriya Ordusu mənsubunun da hücümda iştirak etdiyi qeyd edildi.

Günün irərliləyən saatlarında YPG (PYD) ilə Türkiyə dəstəkli Azad Suriya Ordusu arasında Əl-Bab yaxınlarında savaş başladı. ASO Tel- Abyad bölgəsində irəliləyərək Tabatin və Əl-Müşrifah kəndlərini kürd terrorçularından azad etdi. Axşam saatlarında Türkiyə Silahlı Qüvvələri 11 kəndin nəzarət altına alındığını açıqladı.

Kürd terrorçularının Suriya ərazisindən Türkiyə ərazisinə atdığı roketlər 7 mülki vətəndaşın hayatını itirməsinə və 85 mülki şəxsin yaralanmasına yol açdı. 

11 oktyabr. Qamışlıdan açılan atəş nəticəsində Nüsaybində çəkiliş aparan iki türk  müxbiri yaralandı. Olay Türkiyədəki TV kanallarında canlı olaraq yayınlandı. Surucda da iki mülki şəxs terrorçuların minaatandan açdığı atəşlə öldürüldü. Həmin gün Türkiyədə ümumilikdə 9 nəfər həyatını itirdi. 



Türkiyə SQ Suruça açılan atəşə qarşılıq olaraq sınırın qarşısındaki Ayn əl-Ərəbə toplardan atəş açdı. Adını “Suriya Milli Ordusu” (SMO) kimi dəyişən Azad Suriya Ordusuna bağlı qüvvələr Tel-Abyadın cənub-şərqində yerləşən Halava kəndini ələ geçirdiyini bildirdi. Türkiyə SQ və SMO daha sonra Tel-Hələfin ələ keçirildiyini açıqladılar və kəndin içindən video-görüntülər yayınlandı.

Həmin gün Ceyş ül-İslam Türkiyə SQ və SMO-nun hərbi əməliyyatlarına qatılacağını açıqladı.

12 oktyabr. Türkiyə SQ və SMO Suriya topraqlarının 32 km içində yer alan M4 avtomobil yoluna çatdığını və Münbic ilə Qamışlı arasındaki əlaqəni kəsdiyini açıqladı. SMO eyni zamanda Rakkanın şərqində M4 avtomobil yoluna yaxın 18 kəndin terrorçulardan təmizləndiyini qeyd etdi. Yerli vaxtla saat 12:00 civarında Rəsuleyn də ələ keçirildi.

13 oktyabr. Türkiyə və onunla birlikdə hərəkət edən qrupların Şimali Suriyadakı hərəkatı davam etdi. “Hələb Today TV” xəbər portalı türk topçularının Tel-Abyad yaxınlarındakı bölgələrə atəş açdığını, Suriya Milli Ordusu mənsublarının kəndlərə girdiyini və 17 kəndi ələ keçirdiyini bildirdi. Türkiyə SQ və SMO səhər saatlarında Tel-Abyada bağlı Suluk qəsəbəsini də terroristlərdən təmizlədiklərini bəyan etdi. 

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan əməliyyatın başlamasından bu yana Türkiyəyə minatanlardan 652 mina və roket atıldığını, nəticədə sınır bölgələrində 18 mülki vətəndaşın öldüyünü və 147-sinin yaralandığını söylədi.

Həmin gün Rusiya və İran tərəfindən dəstəklənən rejim qüvvələri terroristlərlə anlaşaraq, Münbic və Kobaniyə girəcəklərini bəyan etdilər. Xəbər YPG (PYD) tərəfindən də doğrulandı. Rusyanın Suriya özəl təmsilcisi Aleksandr Lavrentyev “Suriya hökuməti” və PYD arasındakı bu anlaşmanın ruslara aid Xmeymim hərbi bazasında əldə edildiyini bildirdi ve Rusiyanın vasitəçi olduğunu təsdiqlədi. 

Anlaşmadan qısa müddət sonra rejimin rəsmi xəbər agentliyi SANA “Suriya Silahlı Qüvvələrinə bağlı birliklər”in, "Türkiyənin işğalının qarşısını almaq” məqsədilə şimal bölgələrinə yeridilməyə başladığını bildirdi. Anlaşmayla birlikdə rejim qüvvələri 5 il sonra Rakkaya girdi və şəhərdə müşahidə məntəqələri qurdu.

14 oktyabr. Rusiya silahlı qüvvələri və rejim gücləri Münbicə və Türkiyə ilə sərhəddə yeridildi. Üstəlik də ruslar yenidən həmin bölgələrə qayıtmaq istəyən Amerikalıların önünü kəsdilər. ABŞ prezidenti Amerika hərbi birləşmələrinin, Əl-Tanf hərbi bazası xaric, Suriyadan çıxaralacağını bəyan etdi.

15 oktyabr. Həmin gün Türkiyə prezidenti Ərdoğan "Batıdan doğuya 444 km, kuzeyden güneye 32 km genişliğinde, ülkemizdeki mültecilerin geri döneceği güvenli bir alanın kurulduğunu ilan ediyoruz" - dedi və əməliyyatın başlamasından bu yana Türkiyə SQ ve SMO tərəfindən toplam 1000 vadrat kilometrlik ərazinin terroristlərdən azad edildiyini açıqladı.

Rejim gücləri Münbicin tamamını nəzarət altına aldı. ABŞ birlikləri Əsədə bağlı hərbi birliklərin Ayn əl-Ərəbə girməsini əngəllədi və hərbi konvoy Münbicə geri döndü. ABŞ birlikləri Münbicin şimal-qərbində yerləşən Dadat və Um-Mialdakı bazalarını tərk etdi. Rejim qüvvələri Əl-Təvbəyə də girə bildilər. Rusiyanın Müdafiə Nazirliyi rus hərbiçilərinin Türkiyə və Suriya orduları arasındakı zolağa nəzarəti öz əllərinə aldıqlarını bəyan etdi.

16 oktyabr. Rusiya silahlı Qüvvələrinə bağlı birliklər axşam saatlarinda Kobani şəhərinə daxil oldular. Kürd terrorçularının başçısı Məzlum Kobani müsahibəsində Təmsilçilər Məclisindəki bir neçə rəsmi şəxsin yanında oturduğu vaxt ABŞ prezidenti Donald Trampın onu telefonla aradığını, telefon danışıqında Suriya hökuməti və Rusya ilə anlaşılacağını və "Türkiyə işgalına qarşı birlikdə savaşacaqlarını" söylədiyini bildirdi.

17 oktyabr. YPG (PYD) Hələbin şimalındakı Mare şəhərində SMO-ya qarşı terror aktı düzənlədi və SMO mənsubu 6 nəfəri öldürdü. Bu terror aktında daha 9 nəfər yaralandı. Həmin gün ABŞ prezidentinin yardımçısı Mayk Pens və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında gerçəkləşən görüşdə YPG (PYD)-nin Suriya-Türkiyə sınırından 32 km dərinliyə sahib güvənli bölgədən çəkilməsi üçün hərəkatın 120 saatlığına durdurulması barədə razılıq əldə edildi. Pens hərbi əməliyyatın durması halında ABŞ-in Türkiyəyə uyguladığı bütün embarqoların qaldırılacağını və başqa embarqo olmayacağını bildirdi. Anlaşmaya görə, 32 km-lik güvənli bölgənin Türkiyə və SMO-nun nəzarəti altında olması qərarlaşdırıldı. 

18 oktyabr. Suriya İnsan Haqları komitəsi (SOHR) Türkiyə və YPG (PYD)-ni atəşkəsi pozmaqda, sonuncuları bundan başqa növbəti dəfə mülki obyektləri və əhalini bombardıman etməkdə günahlandırdı.

22 oktyabr. Soçidə bir araya gələn Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan YPG (PYD)-nin Türkiyə ilə sərhədd bölgələrdən, eləcə də Tel-Rifat və Münbicdən 30 km uzağa çəkilməsi üçün atəşkəs müddətinin 150 saat daha uzadılması barədə razılığa gəldilər. Bu məqsədlə Rusiya hərbi polisi və rejim güclərinə bağlı sınır mühafizləri hərəkat sahəsinin dışında qalan sahəyə girməsi qərarlaşdırıldı. Bundan başqa, Qamışlı şəhəri xaric,  10 kilometr uzaqda ortaq Rusiya-Türkiyə dövriyyələrinin təşkili qərarlaşdırıldı.

23 oktyabr. Rus hərbi polisləri və Kobani hərbi şurası Ayn əl-Ərəbdə (Kobanidə) dövriyyə fəaliyyətinə başladı. Ardından Qamışlının qərbindəki Amudə və Dırbasiyə qəsəbələrində Rusiya hərbi polisi ilə asayiş gücləri də eyni fəaliyyətə başladılar.  Həmin gün Türkiyə Müdafiə Nazirliyi əməliyyatın sona çatdığını bəyan etdi. ABŞ prezidenti Donald Tramp da bölgədə qalıcı bir atəşkəsin yarandığını, bu səbəbdən də Türkiyəyə tətbiq edilən embarqoların aradan götürüldüyünü bəyan etdi.

24 oktyabr. Rejim güclərinə aid 160 maşından ibarət bir hərbi konvoyAyn əl-Ərəbə (Kobaniyə) girdi, 1300 rejim əskərinin olduğu konvoy sınır xəttinə yerləşdi.

25 oktyabr. Rəsuleynin günüyində irərliləyişini sürdürmək istəyən SMO ilə PYD arasında çatışmalar baş verdi. Qarşıdurmaya Türkiyə SQ və rejim gücləri də qatıldı, SMO geri çəkildi, 5 türk əskəri yaralandı.

26 oktyabr. Bəşər Əsədə bağlı rejim gücləri Rəsuleyn – Tel-Tamər yolu üzərindəki bəzi kəndlərə soxuldu və burada Türkiyə SQ və SMO ile çatışmalar yaşandı, SMO tank, uzaqvuran top və minatanlardan açdığı atəşlərlə düşməni geri çəkilməyə məcbur etdilər.

29 oktyabr. Rusiyanın Suriyadəkı Tərəfləri Uzlaşdırma Mərkəzi başqanı, general Yuriy Borenkov üst-üsə 34 min nəfərin yer aldığı 68 kürd terror birliyinin və 3 mindən artıq silah və hərbi təçhizatın Türkiyə SQ ilə təmas xəttindən 30 kilometr geri çəkilməsinin tamamlandığını bəyan etdi. O, həmçinin rejimə bağlı əskərlərin Türkiyə sınırında, 60-ı Qamışlı və  24-ü Ayn əl-Ərəb (Kobani) bölgəsində olmaq üzrə, toplam 84 keçiş-nəzarət nöqtəsi qurduqlarını bildirdi.

30 oktyabr. Rejim onun hərbi birliklərinə qatılmaq istəyən PYD mənsublarını qəbul edəcəklərini bəyan etdi.

3 noyabr. Kürd terrorçuları Tel-Abyadda terror aktı törətdilər.

2020-ci il yanvarı tarixə Rusiya və İranın növbəti dəfə imzaladıqları sülhə və verdikləri sözə xəyanət etmələri və müsəlmanların son sığınacaq yeri olan İdlibə havadan və yerdən genişmiqyaslı hücum təşkil etmələri, şəhər və kəndlərin bombardımana tutulması, dinc əhalinin kütləvi şəkildə Türkiyə sınırına doğru qaçması ilə düşdü. Bu hal Türkiyənin rejimin təmizləməyə çalışdığı müsəlmanları qorumaq məqsədilə açıqdan-açığa rus və fars qüvvələri ilə savaşa girməyə məcbur etdi.

27 fevral (2020). Türkiyə Silahlı Qüvvələri (TSQ) və Suriya Milli Ordusu (SMO) rusların bölgə xalqına qarşı həyata keçirdikləri bombardımana cavab olaraq, İdlib əyalətində “Bahar qalxanı” adı verdikləri hərəkata başladılar. Türkiyənin müdafiə naziri Hülusi Akar hərakatın məqsədinin Adana, Astana və Soçi razılaşmalarında nəzərdə tutulmuş atəşkəsi təmin etmə, köçü önləmək, yerli xalqın və Türkiyə sınırlarının güvənliyini qorumaq olduğunu açıqladı.

Həmin gün Türkiyə SQ dəstəkli müxalif güçlər, başqa sözlə, müsəlmanlar Sərakibi, Sərakibin güneyində bulunan Cubas və Dadıq kəndlərini, Kafr Battıxın cənubunda yerləşən Qadura kəndini rejim güclərindən və onlarla birlikdə hərəkət edən İrana bağlı şiə qruplaşmalarından təmizləyərək nəzarət altına aldılar. Rus qaynaqları isə Sərakibin yenidən geri alındığı iddia etdi.

Həmin gün Suriya nişanı altında uçan rus təyyarəsi Türkiyə ordusuna havadan zərbə endirdi, 34 türk əskəri şəhid oldu. Buna qarşılıq olaraq Türkiyə rəsmiləri rejim güclərinin (bu ad altında hərəkət edən rus, eləcə də İrana bağlı qruplaşmaların və kürd terrorçularının) "məşru hədəf" olduğunu açıqladı və TSQ tərəfindən 200-dən artıq hədəf topçu atışlarıyla vuruldu. 329 rejim əskəri zərərsizləşdirildi. TSQ-ya bağlı topçu birlikləri Hələbin şimalında, Nubl-Zəhra bölgəsinde bulunan Hizbullah hədəflərini də vurdu.

29 fevral. Türkiyə tərəfindən havadan və yerdən dəstəklənən müsəlman döyüşçülər İdlibin cənubundakı Dukmaq, Tel-Mabutah (Zukum), Qalaydin, Kavqafinah və Sahafun kəndlərini düşməndən təmizləyərək nəzarət altına aldılar. Həmin gün Türkiyə Silahlı Qüvvələri Milli İstihbarat Təşkilatının  (MİT) əldə etdiyi gizli biliklər əsasında İdlibin Cəbəl əl-Zaviyə  bölgəsindəki üç qatlı bir binada yerləşərək kəşfiyyat məlumatları əsasında rejim qüvvələrini idarə edən yüksək rütbəli üç rejim zabitini - 124-cü alayın komandiri, general  Burhan Rahmun, general İsmayıl Əli və albay  Məzən Fərvatini ve çox sayıda rejim əskərini silahlı insansız hava araçları vasitəsilə məhv etdi.

1 Mart.

Türkiyə Suriya nişanı altında uçan və dinc əhalini bombalayan 2 rus Su-24 tipli bombardımançı təyyarəni vurub düşürdü.

2 Mart. Rejim Rusiyanın havadan, İrana bağlı şiə qruplaşmalarının qurudan dəstəyi ilə Sərakib ətrafındakı bir neçə qəsəbəni ələ keçirdi. Rusiya hərbi polisi Sərakibə daxil oldu.

3 Mart. Türkiyə Əsəd rejiminə aid L-39 "Albatros" tipli rus təyarəsini məhv etdi. Həmin gün 1 türk əskəri şəhid oldu, 9 əskər yaralandı. Türkiyə Silahlı Qüvvələri bölgədəki 82 rejim ünsürünü atəş altına aldı, 9 tank, 2 uzaqvuran top, 6 çoxlüləli roketatan sistemi və 2 hərbi maşın sıradan çıxarıldı, 299 nəfər düşmən əskəri öldürüldü.

4 Mart. Rejim ünsürlərinin Türkiyə Silahlı Qüvvələrini atəşə tutması nəticəsində 2 türk əskəri şəhid, 6 əskər qazi oldu. Həmin gün Türkiyənin Milli Müdafiə Nazirliyi 27 fevral 2020-ci il tarixindən, yəni Bahar Qalxanı hərəkatı başladığından bu yana 3 düşmən təyyarəsinin, 8 helikopterin, 151 tankın, 47 topun, 52 çoxlüləli roketatan qurğunun, 8 “Pansır” tipli hava hücumundan müdafiə sisteminin,12 tankvuran silahın, 4 minatanın, 51 zirehli maşının, 34 silahlı pikapın, 60 hərbi yük maşınının,10 silah-sursat anbarının və 3138 nəfər düşmən əskərinin məhv edildiyini açıqladı.

5 Mart. Daha 1 türk əskəri şəhid oldu. Rus savaş təyyarələrinin İdlibin Marretmısrin qəsəbəsində bir toyuq hinində gizlənən qadın, qoca və uşaqlara düzənlədəyi hava hücumu nəticəsində 16 mülki şəxs həyatını itirdi, 18 nəfər də yaralandı. Son 24 saatda düşmənin 4 tankının, 5 çoxlüləli roketatanının, 3 tankvuranının məhv edildiyi, 184 rejim əskərinin zərəsizləşdirildiyi bildirildi. Hərəkat başladığı gündən bu yana məhv edilən düşmən əskərlərinin sayı 3322 nəfərə çatdı.

Prezident Rəcəb Tayib Ərdoğan İdlib problemini müzakirə etmək məqsədilə Vladimir Putin ilə Moskvada  bir araya gəldi. Təqribən 6 saatliq görüş nəticəsində İdlibdə atəşkəs təmin edildi. İki ölkənin xarici işlər naziri ortaq mətbuat konfransı keçirərək, əldə edilmiş razılaşmanın mətnini türk və rus dillərində açıqladılar.

6 Mart. Saat 00.01-dən etibarən atəşkəs qüvvəyə mindi.

Mart ayının birinci yarısında İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Suriyada fəaliyyət göstərən batalyonunu və Hizbullahın qərargahı Dəməşqdən, “Şüşə ev” adlanan yerdən Hələbə, daha doğrusu Hələbin 7 km cənub-qərbində yerləşən “Əl-Əsəd” hərbi akademiyasının binasına köçürüldüyü, orada “Bavar-373” tipli havadan müdafiə sistemləri quraşdırdığı barədə məlumat yayıldı. Təqribən eyni dövrdə daha iki türk əskəri şəhid edildi.



Bundan sonra hadisələrin necə inkişaf edəcəyini zaman göstərəcək. Əldə olan bir hədis qarşıdakı hadisələri belə təsvir edir:

"Rumlar Amiq və Dabıq adlı yerlərə enmədikcə qiyamət qopmaz. Onlara qarşı Mədinədən bir ordu çıxar. Bunlar o gün ərz əhlinin ən xeyirliləridır. Bu ordunun əskərləri savaşmaq üçün səf-səf düzülüncə, Rumlar: Bizdən əsir alanlarla aramızdan çəkilin ki, onları öldürək! - deyəcəklər. Müsəlmanlar da: Xeyr! Vallahi sizinlə, qardaşlarimizin arasından çəkilmərik, - deyəcəklər. Bunun üzərinə (müsəlmanlar) onlarla hərb edər. Bunlardan üçdə biri qaçar. Allah əbədiyyən bunların tövbəsini qəbul etməz. Üçdə biri qətl edilər, bunlar Allah dərgahında şəhidlərin ən fəzilətliləridir. Üçdə biri də müzəffər olar. Bunlar əbədiyən fitnəyə düşməzlər. Savaşı qazanan üçdə birlik ordu Qənstəntiniyyəni (İstanbulu? Moskvanı?) fəth edərlər. (Fəthdən sonra) bunlar, qılınçlarını zeytun ağacına asmış, qnniməti bölərkən, şeytan aralarında belə səslənər: Dəccal sizin arxanızdan ailələrinizə yetişdi!


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin